Evinizdə təmir aparan zaman DİQQƏTLİ OLUN: Bu hallarda cərimələnə bilərsiz 

Evinizdə təmir aparan zaman DİQQƏTLİ OLUN: Bu hallarda cərimələnə bilərsiz 

Hazırda oxunan: Evinizdə təmir aparan zaman DİQQƏTLİ OLUN: Bu hallarda cərimələnə bilərsiz 

86661

Təmirli, rahat şəraitli evdə yaşamaq hər kəsin istəyidir. Xüsusi ilə ölkəmizdə əksər şəxslər evin tikilməsi, təmir olunması məsələlərinə çox həssas və əsas məsələ kimi yanaşırlar. Demək olar ki, hər 10 ailənin 5-i istənilən mövsümdə başını təmir işləri ilə məşğul edir. Hətta bu mövzu ilə bağlı məşhur bir deyim də var: 

“Kiməsə bəd dua etmək istəsəniz, deyin ki, başın təmirə qarışsın”. Yəgin ki, bu da təmir prosesinin necə ağır və məşəqqətli olmasını bildirir.

Lakin bəzi hallarda sözügedən təmir işləri vətəndaşın cərimələnməsi ilə nəticələnə bilər. Belə ki, köhnə tikili hökümət evində yaşayan Gülay Tağızadə bildirir ki, o şəxsi evlərində hamam və sanitar qovuşağ otaqlarını birləşdirdikləri üçün problemlə üzləşiblər:

“Bizim ev köhnə tikili bina evidi və öz adımızadır. Evdə remont işləri apardıq və hamam, tualeti birləşdirdik. Kommunalnıdan gəlib narahat edirlər ki, evdə dəyişiklik etmisiniz və deyirlər hökumətə fotoları göndərsək 550 manat cərimə edəcəklər. Bu nə dərəcədə doğrudur?”

Bizim.Media olaraq hüquqşünasdan mövzu ilə bağlı rəy aldıq. Hüquqşünas Əsabəli Mustafayev bildirir ki, vətəndaş ona məxsus olan mənzildə istənilən təmir işlərini apara bilər, amma:

“Yeganə məhdudiyyət budur ki, həmin təmir işləri binanın aparıcı konstruksiyasına zərər verməsin. Əks təqdirdə, bina qəza vəziyyətinə düşə və faciəyə səbəb ola bilər. Ona görə də hesab edirəm ki, belə təmir edilən evlərdə yoxlanışlar aparılmalıdır. Əgər heç bir qəza şəraitinə səbəb olmayıbsa, məhkəmə o cəriməni tətbiq etməyəcək. Əks təqdirdə, əgər təmir evin konstruksiyasına ziyan vurubsa həmin şəxs cərimə edilməli və mənzil ilkin vəziyyətə gətirilməlidir”, - deyə Ə. Mustafayev bildirib.

Həmçinin tikinti mütəxəssiləri qeyd edir ki, bu məsələdə sökülən mənzilin bir daş və 2 daşlı, beton pilitəli olması da önəmli faktordur.

Əgər sökülən divarlar kərpicdən və 1 qat daşdandırsa bu dayaq konstruksiyası sayılmır və söküntüsündə də ciddi problem yaşanmır. Buna görə də bünövrənin sağlam inşa edilməsi kimi vacibdir.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO