Qonaqkənddə Dövlət dili tədbiri keçirildi – FOTO

Qonaqkənddə Dövlət dili tədbiri keçirildi – FOTO

Hazırda oxunan: Qonaqkənddə Dövlət dili tədbiri keçirildi – FOTO

86498

Qubanın Qonaqkənd qəsəbəsindəki mədəniyyət evində Azərbaycan dili və əlifbası gününə həsr olunmuş tədbir keçirilib.

Bizim.Media xəbər verir ki, Quba RİH-nin, Xaçmaz regional mədəniyyət idarəsinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının  əməkdaşları, QHT təmsilçiləri və ziyalılar, qəsəbə sakinləri keçən ilin dekabr ayında Azərbaycan Prezidenti İlham Əliyevin açılışını etdiyi mədəniyyət evində Azərbaycan dilinin  Dövlət dili kimi inkişaf etməsindən və keçdiyi yoldan danışıblar.

Quba RİH-nin məsul əməkdaşı Anar Məmmədov ulu öndər Heydər Əliyevin Azərbaycan dilinə verdiyi yüksək dəyərdən danışıb və Azərbaycan dilinin yaşanmasında onun xidmətlərini yüksək qiymətləndirib.
Şair Ramuz Qusarçaylı da Dövlət dilinin tarixindən söz açaraq dilimizə həsr etdiyi şeirini səsləndirib.

Aytəkin Alxaslı, Bizim.Media, Şumal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO