"Ağ Partiya kiminsə rəhbərliyi altında hansısa blokda təmsil olunmayacayıq”.
Bunu Bizim.Media-ya açıqlamasında AĞ Partiyanın sədri Tural Abbaslı AMİP lideri Etibar Məmmədovun rəhbərliyi altında müxalifət partiyalarının koalisiyasının yaranması ehtimalı barədə yayılan məlumatlara münasibət bildirərkən deyib:
MÖVZU İLƏ BAĞLI:
Ağsaqqal siyasətçilər koalisiya yaradır? – Etibar Məmmədov NÖQTƏNİ QOYDU
"Ağ Partiyanın qərarı var ki, kənardan heç kimin rəhbərliyi altında hansısa bir koalisiyaya qoşulmayacaq. Öz rəhbərimiz və öz qərarlarımız olacaq. Etibar Məmmədova və digər siyasi liderlərə hörmətimiz var, lakin biz kiminsə rəhbərliyi altında hansısa blokda təmsil olunmaq fikrində deyilik. Belə məlumatların heç bir əsası yoxdur. Kimsə gəlib bizə kiminsə rəhbərliyi altında təmsil olunacaq bir təklifdə buluna bilməz”.
Keçmiş və yaşlı müxalif siyasilərin geri dönüşü məsələsinə gəldikdə, partiya rəhbəri burada da problem görmür:
“Siyasətçilərin yaşlısı və keçmiş siyasətçi olmur, faydalı və ya faydasız siyasətçilər olurlar. Kimsə özünü faydalı hesab edirsə, təbii ki, siyasətə geri də dönə bilər. Amma hər halda nəsil dəyişib, əvvəlki düşüncə tərzi xeyli dəyişib. Bir çox hallarda yaşlı siyasətçilər bu fonu tuta bilmir. Lakin kim özünə inanırsa, təbii ki, dönə bilər. Əsas odur xalqın dəstəyini ala bilsin. Həmçinin indiki siyasi mühitdə siyasətə yeni insanların gəlişi də xeyli məhduddur. 3-5 nəfərdən başqa, yeni nəsil siyasətçilər demək olar ki, yoxdur”.
Rüfət Sultan, Bizim.Media