Bu bürclər pul xəstəsidir - SIRALAMA

Bu bürclər pul xəstəsidir - SIRALAMA

Hazırda oxunan: Bu bürclər pul xəstəsidir - SIRALAMA

86128

Bürclərin həyata baxışları fərqləndiyi kimi, pula münasibətləri də seçkindir. Bəzilərinin “əl çirkidir” deyib keçdikləri pula elə bürclər var ki, dəlilər kimi aşiqdirlər.

Qoç bürcü 

Qoçlar riski çox sevirlər. Buna görə də onları yeni investisiyalar içərisində daima görə bilərik. Pul qazanmaq üçün risk almaqdan heç vaxt çəkinməzlər. Qoçlar öz işlərinə sahib olmağı, müdir kreslosunda oturmağı sevirlər. Enerjiləri yüksək olan Qoçlar, erkən yaşlarda gələcəklərinə nəzarət etməyi və gələcəklərini sığortalamaq üçün investisiya planı hazırlamağı təməl ehtiyac olaraq görürlər. Enerjiləri bəzən işə faydalı olarkən, bəzən də mənfi faktorları da özü ilə bərabər gətirir. Axtarış içərisində olmaları, həmişə daha yaxşısını istəmələri, gördükləri işlərin yarımçıq qalmasına səbəb ola bilir. Yəni bir işi bitirmədən, bir digərinə başlayırlar və bu hal onların maliyyə vəziyyətlərinə də mənfi təsir edir.

Buğa bürcü 

Zodiakda bankir kimi tanınırlar və maliyyə məsələlərində olduqca tədbirli, səbirli, planlıdırlar. Həyatlarını davam etdirmək üçün lazım olan resursları təyin edib, təmin etmələri ilə digər bürclərdən fərqlənirlər. Torpaq bürcü olması səbəbiylə istehsala uyğundurlar və pul qazanma xüsusiyyətləri olduqca inkişaf etmişdir. Yığılmış pulu olmayan Buğa bürcləri, özlərini etibarsız hiss edirlər.

Borc almağı və borc verməyi sevmirlər. Heç kimə möhtac olmadan ayaqüstə durmaq istəyirlər. Nə qədər çox qazansalar da göstərişi sevmirlər. İnvestisiya etməzdən əvvəl yaxşıca araşdırma aparırlar. Maliyyə cəhətdən gələcəkdə qayğı çəkməmək üçün çox çalışırlar. Buğaların investisiyaları sadəcə pulla əlaqədar deyil. Onlar, həmçinin qiymətli sənət əsərlərini də investisiya vasitəsi olaraq görürlər. Yaxşı paltarlar, rahat avtomobillər, lüks bir ev Buğalar üçün ən əhəmiyyətli xərclərdir. Yemək və lüksə olan ehtirası səbəbiylə onları lüks restoranlarda yüklü məbləğlər ödəyərkən görə bilərsiniz. Gözəllikləri və sevdikləri üçün pul xərcləməkdən də çəkinməzlər.

Əkizlər bürcü 

Pul barəsində uzun-uzadı düşünmək və plan qurmağı heç sevməyən bir bürcdür Əkizlər bürcü. Dəyişən maliyyə vəziyyətlərinə asanlıqla uyğunlaşa bilirlər. Rəqəmlərlə arası yaxşı olan Əkizlər bürcü, büdcəsinə son dərəcə yaxşı nəzarət edə bilər. Fikirləri tez-tez dəyişdiyinə görə, pula olan münasibətləri də zamanla dəyişə bilər. Bəzən pulu güc simvolu olaraq görürlər, bəzən də təhlükəsizlik vasitəsi kimi. Ehtiyaclarını təmin edə bilmək üçün ani xərclərdən çəkinmirlər. Buna görə də büdcələrində daima enmə və çıxmalar müşahidə oluna bilər. Yeniliklərə olan maraqları səbəbiylə pul yığmağı və investisiya etməyi bacara bilərlər. Ticarətdə anadangəlmə bacarıqları vardır və bu sahədə yaxşı pullar qazana bilərlər. Yeni trendləri Əkizlərdən öyrənə bilərsiniz və zəkalarına heyran qala bilərsiniz.

Xərçəng bürcü 

Bürclər arasında ən həssas bürcdür. Maliyyə məsələlərində olduqca təmkinlidirlər. Maddi mənada nailiyyətləri ilə yadda qalırlar. Xərçənglər üçün imtina edilməz investisiya vasitəsi daşınmaz əmlakdır. Əvvəlcə özü və ailəsi üçün ən yaxşısını seçərlər. Daha sonra pul qazanmaq və sağlam investisiyalar etmək üçün daşınmaz əmlak almağa davam edərlər. Koleksiyaçılıq kimi bir xüsusiyyətləri də vardır və bu səbəblə də əntiq əsərlərə maraq göstərə bilərlər. Kənarda pul yığmaq Xərçəng bürcləri üçün heç də çətin deyil. Geyim xərclərini minimumda saxlamağı seçərlər.

Xərçənglər ailəsi üçün çox əli açıqdır. Sədaqəti sevərlər və maliyyə dünyasında yaşadıqları uğursuzluqlardakı əsas səbəblərdən biri köhnə vərdişlərini buraxa bilməmələridir. Borc almağı da, verməyi də çox sevərlər. Borclarına daima sadiqdirlər.

Şir bürcü 

Göstərişi sevən şirlər əli açıqdırlar və demək olar ki, pul yığa bilmirlər. Gücü sevirlər və buna görə də çox pula sahib olmaq istəyirlər. Ehtiyac sahiblərinə əl uzatmaqdan çəkinməzlər, lakin özləri kiməsə möhtac olmağı sevmirlər. Uşaqlarına qarşı həssas olan Şirlər, maddi mənada onların bütün istəklərinə cavab vermək istəyərlər. Dostları ilə vaxt keçirərkən, heç kimə pul xərcləməyə izin vermirlər və hətta çox vaxt bu xüsusiyyətlərindən sui-istifadə edilir. Pulları olmayanda özlərini olduqca gücsüz hiss edən Şirlər cəmiyyətdən uzaqlaşırlar. Daşınmaz əmlak və qızıl birjası Şirlərin uğur qazana biləcəyi sahələrdir.

Qız bürcü 

Risk almağı sevməyən Qızlar, torpaq elementinin balanslı və sabit xüsusiyyətlərinə sahibdirlər. İşləmək və istehsal etmək onların başlıca məqsədləridir. Detalları görərək hərəkət edərlər və möhkəm addımlar ataraq yanılmırlar. Dünəni, bu günü və sabahı düşünərək hərəkət edərlər. Pul yığmağı çox sevirlər. İnvestisiyalarında planlı və hesablı davranırlar. Bankda pul yığmağa meyllidirlər. İsrafa qarşıdırlar. Pullarını çalışaraq qazanmağı sevərlər və sadə bir həyatı seçərlər. Sağlamlıqlarına və təmizliyə çox əhəmiyyət verdikləri üçün ən böyük xərcləri də bu istiqamətdədir. Onlar həqiqətən ehtiyac olaraq görmədikləri şeylərə pul xərcləməzlər.

Tərəzi bürcü

Tərəzilər maliyyə vəziyyətlərini daima sabit saxlamaq istəyərlər. Endirim tələb etmədən nəsə almağı xoşlamazlar. İncəsənət və gözəlliyə meyllidirlər. Qiymətli daşlara, metallara, sənət əsərlərinə, əntiq əşyalara pul xərcləməyi sevirlər. Tərəzi bürcündən olanlar ortaq investisiyalardan da qazanc əldə edirlər. Aşiq olduqları zaman maliyyə idarələrini itirmə ehtimalları yüksəkdir. Sosial həyata olan maraqlarına görə xərcləri yüksək səviyyədədir. Gözəllik və şəxsi baxımlarına pul xərcləməkdən çəkinmirlər. Onlar pulu məqsəd kimi görmürlər.

Əqrəb bürcü 

Qərarlı və dayanıqlı olmaları ilə tanınan Əqrəblər, qoyduqlara məqsədlərə çatmaq üçün əsla yollarından dönməzlər. Özünə yazığı gəlməyən, çətinliklərə sinə gərməyi vəzifə olaraq görən Əqrəblər, məqsədinə çatmaq üçün çətinliklərlə boğuşar və gözünü bir an belə qırpmaz. Bütün bunlara baxmayaraq gözəl şeyləri sevərlər və ev, avtomobil, gözəl bir geyim kimi məqsədləri də vardır. Göstərişi sevməyən Əqrəblər, dəb üçün alış-veriş etməzlər. Ödədiyi pulun hər zaman qarşılığını almaq istəyərlər. Satın aldığı bir məhsula çox pul ödəyə bilər; amma keyfiyyətinə inandığı üçün ödəniş edərlər. Yəni pulunu ağılla xərcləyərlər. Yüksək analitik düşüncəyə sahib olduqları üçün qoyulan sərmayələrin gələcəyi barədə düzgün düşünə bilirlər.

Oxatan bürcü 

Maliyyə sahəsində çox optimist olan Oxatanlar, pulu varsa xərcləyər, yoxsa xərcləməz. Şans və zənginlik planetidir. Hər şeyi böyük ölçülərdə düşünürlər və böyük məbləğlərlə oynamağı sevərlər. Buna görə də riskləri də böyük olur. İnsanın özünə etdiyi investisiyanın ən yaxşısı olduğunu düşünürlər. Macəranı sevərlər və bu səbəblə də uzun səyahətlər üçün pul xərcləməkdən çəkinməzlər. Pulu həyatı tanımaq, özünü inkişaf etdirmək, əylənmək üçün bir vasitə olaraq görən Oxatanlar, təcrübə və investisiya mövzularında çətinlik çəkərlər. Pul prioritetləri sırasında deyil.

Oğlaq bürcü 

Risklərdən çəkinirlər. Uzun müddətli strategiyalara önəm verirlər. Səbirlə hədəflərinə çatmaq üçün çalışırlar. İnvestisiyalarında qazancdan əvvəl zəmanəti düşünürlər. Böyük şirkətlərdə çalışmağı sevən oğlaqlar, öz fərdi risklərini hər zaman göz qarşısında saxlayaraq azaltmağa çalışırlar. Pul yığmaq Oğlaqlar üçün ən yaxşı investisiya vasitəsidir.

Dolça bürcü 

Pulla heç əlaqəsi olmayan bürc Dolçadır. Demokratiyaya və bərabərliyə çox əhəmiyyət verirlər. Həyatları boyunca fərdi inkişaf, fərdi sərvət sahibi olma kimi bir məqsədləri olmaz. Onlar adətən fərqli üsullarla pul qazanar və xərcləyərlər. Dolçalar pullarını başqaları üçün istifadə etməkdən heç vaxt çəkinməzlər. Öz maddi problemlərini paylaşmağı sevməzlər. Lüks həyata qarşı ehtirasları yoxdur. Kimdənsə asılı olmağı sevmirlər və bacardıqca öz pullarını özləri qazanırlar.

Balıq bürcü 

Balıqların pulun varlığından belə xəbərsiz ola biləcəkləri düşünülür. Həyatlarını davam etdirmək üçün pulun gücünə ehtiyac duymazlar. Hisslərə yer olmayan biznes dünyasında, Balıqlar olduqca çətinlik çəkə bilərlər. Onlar həmçinin digər insanların ehtiyacları qarşısında da olduqca həssasdırlar. İncəsənətdən başı çıxan Balıqlar incəsənət sahəsinə uğurlu investisiyalar edə bilərlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO