Qəbələdə 11 yaşlı uşağın ölümü ilə bağlı prokurorluqdan AÇIQLAMA 

Qəbələdə 11 yaşlı uşağın ölümü ilə bağlı prokurorluqdan AÇIQLAMA 

Hazırda oxunan: Qəbələdə 11 yaşlı uşağın ölümü ilə bağlı prokurorluqdan AÇIQLAMA 

86037

İyulun 28-i saat 09 radələrində Qəbələ rayonu, Bum qəsəbəsi ərazisində 2011-ci il təvəllüdlü Aqşin Ağasiyevin elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Qəbələ rayon prokurorluğundan Bizim.Media-ya verilən məlumata görə, aşdırmalarla müəyyən edilib ki, Aqşin Ağasiyev çayın kənarından keçən elektrik naqilindən hər iki əli ilə tutan zaman elektrik cərəyanı vurması nəticəsində hadisə yerində ölüb. 

Faktla bağlı Qəbələ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. 
Hazırda iş üzrə istintaq davam edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO