Ötən sutka 51 yanğın olub, 4 nəfər xilas edilib – VİDEO 

Ötən sutka 51 yanğın olub, 4 nəfər xilas edilib – VİDEO 

Hazırda oxunan: Ötən sutka 51 yanğın olub, 4 nəfər xilas edilib – VİDEO 

86028

Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. 

Bizim.Media FHN-in saytına istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 51 yanğına çıxış və 4 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. 

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 3 nəfər xilas edilib, Qəbələ rayonu, Nohurqışlaq kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə yolu azaraq köməksiz vəziyyətdə qalan 3 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. 
Həmçinin, Qaradağ rayonunda, dənizdə, nəzarətsiz ərazidə batması ehtimal olunan 1 nəfərin axtarışlarına dalğıc-axtarış qrupu cəlb olunub. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO