İsmayıllıda nömrəsiz avtomobil idarə edən sürücülər saxlanıldı - FOTO

İsmayıllıda nömrəsiz avtomobil idarə edən sürücülər saxlanıldı - FOTO

Hazırda oxunan: İsmayıllıda nömrəsiz avtomobil idarə edən sürücülər saxlanıldı - FOTO

85870

İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən dövlət nömrə nişanı olmadan nəqliyyat vasitəsi idarə edən sürücülərin müəyyən olunaraq inzibati məsuliyyətə cəlb edilmələri məqsədilə profilaktik tədbirlər keçirilib. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, rayon ərazisində keçirilən tədbirlər zamanı hərəkətdə olan və üzərində dövlət nömrə nişanı olmayan nəqliyyat vasitələri saxlanılıb.

Onların sürücüləri ilə maarifləndirici söhbətlər aparılıb və avtomobillərin bu şəkildə idarə edilməsinə qanunvericiliyin normalarında icazə verilmədiyi izah olunub. 

Həmin şəxslərin hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO