Devid Bekhem arvadı üçün “breyk-dans” oynadı – VİDEO

Devid Bekhem arvadı üçün “breyk-dans” oynadı – VİDEO

Hazırda oxunan: Devid Bekhem arvadı üçün “breyk-dans” oynadı – VİDEO

85381

Dünya futbolunun ulduzu Devid Bekhem dizayner həyat yoldaşı Viktoriyanı hərəkəti ilə təəccübləndirib. 

Bizim.Media xəbər verir ki, o, Vikkiyə 25 il əvvəl verdiyi sözü yerinə yetirib, onun üçün “breyk” rəqsi edib.

Dizayner futbolçu ərinin görüntülərini sosial şəbəkə hesabında paylaşıb.

“25 ildən sonra David mənə “qurdunu” göstərdi” – deyə Vikki yayımladığı videoya şərh yazıb.

İdmançının pərəstişkarları onun xoreoqrafik qabiliyyətini yüksək qiymətləndirib və postun altına çoxlu şərhlər yazıb.

“Kimin ağlına gələrdi ki, David belə yaxşı hərəkət edir”, “Gülümsəyə bilmirəm, amma gözəl idi”, “Və Devid əla formadadır, yaxşı rəqqas uzun illərdir gizlənir”- deyə sosial şəbəkə əhli reaksiya bildirib.
Qeyd edək ki, D. Bekhem 1999-cu ildə Viktoriya Adamsla evlənib. Cütlüyün dörd övladı var: 23 yaşlı Bruklin, 19 yaşlı Romeo, 17 yaşlı Kruz və 11 yaşlı Harper adlı qız övladı var.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO