Rusiya Rəşt-Astara dəmir yolunun inşasını niyə üzərinə götürdü? – Fikrət Sadıqovun CAVABI

Rusiya Rəşt-Astara dəmir yolunun inşasını niyə üzərinə götürdü? – Fikrət Sadıqovun CAVABI

Hazırda oxunan: Rusiya Rəşt-Astara dəmir yolunun inşasını niyə üzərinə götürdü? – Fikrət Sadıqovun CAVABI

85311

İyulun 19-da Türkiyə, Rusiya və İran liderlərinin Tehran görüşündə Şimal-Cənub nəqliyyat dəhlizinin əsas seqmenti olan Rəşt-Astara dəmir yolunun inşası məsələsini Putin öz üzərinə götürdü.

Görüşdən sonra jurnalistlərə açıqlamasında RF prezidenti bəyan etdi ki, “Moskva bunda maraqlıdır, çünki bizim ölkənin şimalından, Sankt-Peterburqdan Fars körfəzinə birbaşa çıxışımız olacaq. Söhbət cəmi 146 kilometrlik bir hissənin tikintisindən gedir. Rusiya tərəfi buna hazırdır”.

Əslində Putinin bunu beynəlxalq ictimaiyyətə şəxsən öz dili ilə açıqlaması bir çox mərləblərdən xəbər verir. Geniş perspektivlər vəd edən bu tranzitin işə düşməsi İrana lazım deyilmi? Niyə bu təşəbbüslə Rəisi çıxış etmədi?
 

MÖVZU İLƏ BAĞLI:

“Rusiyanın son addımı Azərbaycanın artan nüfuzuna xidmət edir” - Politoloqdan maraqlı AÇIQLAMA 


​​​​​​​Bəs görəsən, Tehran Rəşt-Astara dəmir yolunun tikintisində niyə maraqlı deyil?

Qeyd edək ki, Rəşt-Astara dəmir yolunun tikintisi məsələsi yeni söhbət deyil. 10 ildən artıqdır ki, bu məsələ müzakirə edilir. Amma İran müxtəlif bəhanələrlə 146 kilometrlik dəmir yolunun inşasını ləngidir.

Bunun da tək səbəbi Şimal-Cənub nəqliyyat dəhlizinin Azərbaycandan keçməsini İranın istəməməsidir. Rəsmi Tehran bu nəqliyyat dəhlizinin dirçəldilməsində maraqlıdır. Amma cənublu qonşularımız istəyir ki, dəhliz Xəzər dənizi boyunca və yaxud Türkmənistan ərazisindən keçməklə davam etsin. Amma bu təklif iqtisadi cəhətdən səmərəsiz olduğu üçün əksər dəhliz ölkələri, xüsusən də Rusiya buna razı deyil. İransa öz inadından əl çəkmir.

O, bütün vasitələrlə çalışır ki, Azərbaycan beynəlxalq layihələrdən kənarda qalsın. Fikrimizin sübutu üçün xatırladaq ki, İran Zəngəzur dəhlizinin bərpasına  da hər vəhclə əngəl olmağa çalışır. Hətta ötən həftə Xamenei Zəngəzur dəhlizi ilə bağlı ziddiyətli, anti-Azərbaycan bəyanatı vermişdi.

İran Azərbayncanı öz tranzit xətlərindən uzaq tutmağa çalışır

Başqa bir fakt isə ondan ibarətdir ki, Azərbaycanla İran hökümətlərarası razılaşmaya əsasən şimali Astara ilə cənubi Astara arasında dəmir yolu istifadəyə veriləndən sonra Azərbaycandan gələn qatarlar İranın ümumi dəmir yolu şəbəkəsinə qoşulacaqdı. Və nəticədə şimali Astaradan yola çıxmaqla dəmir yolu vasitəsi ilə Naxçıvana və hətta Türkiyəyə getmək mümükün olacaqdı.

Bunun üçün Azərbaycan üzərinə düşən bütün öhdəlikləri yerinə yetirdi, hətta cənubi Astarada 5 kilometrlik hissənin inşasını da reallaşdırdı. Lakin, ötən 8 ildə bu nəcib ideya kağız üzərində qalıb.

Putin məsələnin Əliyevlə də razılaşdırıldığını söylədi

Təbii ki, Rəşt-Astara dəmir yolunun inşasının ləngiməsi də İranın anti-Azərbaycan siyasətinin davamıdır. Bununla belə Rusiya lideri məsələdə çox qətiyyətli görünür. Tehran görüşündə Putin onu da əlavə etdi ki, “bir konkret hissə var - Rəşt-Astara. Bu, İran ərazisində kiçik bir ərazidir, 146 kilometrdir. Azərbaycan bu hissənin tikintisində maraqlıdır. Biz bu yaxınlarda Xəzər sammiti çərçivəsində prezident Əliyevlə görüşdük, bunu müzakirə etdik”.

Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşdürən tanınmış politoloq Fikrət Sadıqov Fars körfəzinə rahat çıxış əldə etməyin Rusiyanın çoxdankı arzusu olduğunu bildirdi: 

“146 kilometrlik hissədə dəmir yolunun çəkilişin öz üzərinə götürməklə Rusiya İrana qarşı jest eləmir, əksinə öz maraqlarını reallaşdırır. Bu kontekstən çıxış edərək deyə bilərik ki, Rusiya bu addımı ilə həm də regionda özünün vacib oyunçu statusunu saxlamaq istəyir.

Şimal-Cənub nəqliyyat dəhlizində hərəkət intensivliyi Rusiya üçün həm də yeni bir nəfəsdir. Bir sözlə 146 kilometrlik yol Rusiya üçün bir həyat yoludur. Ona görə Putin bu yolun tikintisini öz üzərinə götürür”.
Qeyd edək ki, bu yolun inşası hesabına Şimal-Cənub dəhlizində daşımaların həcmi və sürəti bir neçə dəfə artacaq. Ən əsası Rusiya Sankt-Peterburqdan Fars körfəzinə birbaşa çıxış əldə edəcək.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO