Rəqsanə qızına xeyir-dua verdi:

Rəqsanə qızına xeyir-dua verdi: "Soğan-çörək ye, amma ərin..." - VİDEO

Hazırda oxunan: Rəqsanə qızına xeyir-dua verdi: "Soğan-çörək ye, amma ərin..." - VİDEO

85180

Ötən ay müğənni Rəqsanə İsmayılova qızı Mehrimah və oğlu Muhammed Əli ilə birlikdə xəstələndiyi üçün ifaçı qızı Aysunun toyunda iştirak edə bilməmişdi.

Bizim.Media xəbər verir ki, sənətçi əri, iş adamı Fazil Əmiraslanov və uşaqları ilə Bakıya gələr-gəlməz restoranların birində qohumlarını bir araya toplayaraq Aysuna xeyir-dua verib.

Məclisdə çıxış edən zamanı müğənni kövrələrək, göz yaşlarına boğulub. R.İsmayılova gecədən çəkilmiş görüntüləri sosial şəbəkə hesabında paylaşaraq, bu sözləri dilə gətirib.

"Toy günü istərdim ki, məni görəsiniz. Amma xəstə oldum. Toyunu görə bilmədim, qismət olmadı. Elçilik olanda özümü itirdim, bir valideyn olaraq böyük bir məsuliyyət olduğunu başa düşdüm. Baxmayaraq ki, özüm 20 ildir məclislər idarə edirəm.

Valideynlərin dəstəyi ailəyə hər zaman lazımdır. Aysuna da həmişə demişəm ki, soğan-çörək ye, amma hər zaman yanında həyat yoldaşın olsun. Hər bir qadının arxasında pul yox, onun çiynini söykəyəcəyi kişi olmalıdır. Rəqsanəyəm, pul qazanıram, amma nə olsun? Fazil evə gəlməyənə qədər heç kim süfrə arxasında əyləşmir" - deyə Rəqsanə fikirlərini ifadə edib.

Müğənni məclisin gedişatında özünün və əri Fazilin adından qızına brilliant daşlı qızıl üzük hədiyyə edib.

Qeyd edək ki, Rəqsanənin qızı Aysun İsmayılova Eşqin Cəlilov adlı bəylə ötən ayın sonu Bakıda evlənib. Bir neçə gün əvvəl isə 24 yaşlı Aysun müsahibələrin birində Eşqinin 7 il əvvəl 21 yaşında rus qızı ilə evli olduğu və bir qız övladının olduğu söyləyərək, gündəmə damğa vurub.

 



Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO