Baş nazir Əli Əsədov "2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı zərər vurulmuş obyektlərin bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər barədə" sərəncam imzalayıb.
Bizim.Media xəbər verir ki, sərəncama əsasən, 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi üçün yaşayış evlərinin və obyektlərin tikintisi üzrə sifarişçi funksiyaları, habelə inşa prosesində həyata keçiriləcək işlərin təşkili və əlaqələndirilməsi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilib.
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və aidiyyəti yerli icra hakimiyyəti orqanları bu Sərəncamın 1-ci hissəsinin icrasının təmin edilməsi ilə bağlı aidiyyəti üzrə lazımi tədbirlər görməlidir.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
18:10 / 14.01.2021
Vətən müharibəsində zərər vurulan obyektlərin bərpası ilə bağlı sərəncam imzalandı
Hazırda oxunan: Vətən müharibəsində zərər vurulan obyektlərin bərpası ilə bağlı sərəncam imzalandı
Hazırda oxunan: Vətən müharibəsində zərər vurulan obyektlərin bərpası ilə bağlı sərəncam imzalandı
8502
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.