Yol qəza hadisələri zamanı sığortanın ödənilməsindəki DƏYİŞİKLİK 

Yol qəza hadisələri zamanı sığortanın ödənilməsindəki DƏYİŞİKLİK 

Hazırda oxunan: Yol qəza hadisələri zamanı sığortanın ödənilməsindəki DƏYİŞİKLİK 

84780

Cari ilin noyabrın 1-dən etibarən edilən dəyişikliyə görə, yol nəqliyyat hadisələri zamanı zərərçəkən sürücülər usta seçimi kimi, sığorta şirkətini də özləri müəyyənləşdirəcəklər. Qeyd edək ki, bu günə qədər qəza zamanı sığorta təminatını təqsirkar sürücünün sığorta şirkəti ödəyirdi. Yeni qanunda isə deyilir ki, zərərçəkən sürücü bu zaman təqsirkar sürücünün sığorta şirkətindən yox, özünün sığorta şirkətindən də istifadə edə bilər. 

Dəyişikliyi Bizim.Media-ya şərh edən nəqliyyat eksperti Elməddin Muradlı bildirir ki, bu addımın sürücülərə heç bir fantastik faydası olmayacaq: 

“Sürücü yenə də sığorta süründürməçiliyilə üzləşməkdə davam edəcək. Qiymətləndirmədə düzgün yanaşmanın olmaması halları yenə də olacaq”

Ekspert qeyd edir ki, dəyişiklik yalnız sığorta şirkətlərinə öz işlərini daha səmərəli qurmağa imkan verəcək:

“Sadəcə bu, sığorta şirkətləri arasında öz daxili işlərinə uyğun atılan bir addımdır. Əvvəllər yol-nəqliyyat hadisəsi baş verdikdə, nəqliyyat vasitəçisinin sürücüsünə dəymiş zərəri qarşı tərəf, zərərvuran tərəfin sığortası ödəyirdi. Dəyişiklikdən sonra isə yeni qaydaya uyğun sürücüyə dəyən zərəri öz sığortası ödəyəcək. Sonradan isə sığorta şirkətləri öz aralarında razılığa əsasən həmin ödənişləri bir-birinə qaytaracaq. Bu mənada həmin dəyişiklik sadəcə sığorta şirkətləri arasında öz işlərini daha səmərəli qurmağa hesablanmış addımdır”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO