Ağalı məktəbinin direktoru:

Ağalı məktəbinin direktoru: "Çox böyük məsuliyyət hiss edirik”

Hazırda oxunan: Ağalı məktəbinin direktoru: "Çox böyük məsuliyyət hiss edirik”

84735

"Ağalı kəndində təhsilin yüksək səviyyədə olmasına daha çox diqqət yetirəcəyik. Bunun üçün hər cür şərait yaradılıb".

Bizim.Media xəbər verir ki, bu fikirləri Zəngilana qayıdan rayonun Ağalı kənd tam orta məktəbinin direktoru Nərmin Həsənova deyib.

O, qeyd edib ki, sakinlər Ağalı kəndinə 30 ildən sonra qayıtmağın sevincini yaşayır:

"Bu, doğrudan da çox gözəl hisslərdir. Açığı deyim ki, sevinc qarışıq bir həyəcan da var. Biz iyulun 19-da ilk köçən sakinlərdənik. Həm bu kənddə ilk qayıdan sakin kimi, həm də bir təhsil ocağının rəhbəri kimi, üzərimizdə çox böyük məsuliyyət hiss edirik. Məktəbimiz 360 şagird yerlikdir. Biz burada bundan sonra daha ciddi işləməli, şagirdlərimizə bu doğma torpaqlarımızın tarixi haqqında daha çox təbliğ etməliyik. 

Bu kənddə yaşayan hər bir kəs yaşından asılı olmayaraq həyatlarının necə qurulması və davam etməsini daha dərindən bilməlidir ki, bir daha başımıza bu cür faciələr gəlməsin.
Buraya dönmüş ilk sakinlər kimi, həm təhsilin inkişafında, həm milli adət-ənənələrin qorunmasında və təbliğində üzərimizə çox böyük yük və məsuliyyət düşür” (report.az).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO