Nazpəri onu məhkəməyə verən mərhum sənətkardan DANIŞDI:

Nazpəri onu məhkəməyə verən mərhum sənətkardan DANIŞDI: "Aciz olmadım və..." - VİDEO

Hazırda oxunan: Nazpəri onu məhkəməyə verən mərhum sənətkardan DANIŞDI: "Aciz olmadım və..." - VİDEO

84634

"Bağışlamadığım insan yoxdur. Hətta illər əvvəl mənimlə ciddi konfliktə girən həmkarlarımdan birini də bağışlamışam".

Bizim.Media xəbər verir ki, bu sözlər Xalq artisti Nazpəri Dostəliyeva qonaq olduğu "Bağ mövsümü" verilişində deyib.

Sənətçi ad çəkmədən (Qalmaqal yaşadığı Mərhum Xalq artisti İlhamə Quliyeva- red.) yuxusuna girib, halallıq istəyən şəxsi bağışladığını açıqlayıb.

"Sevinirəm ki, aciz olmadım. Söhbət dünyadan köçəndən gedir. Onu bağışıadım və Yasin oxutdurdum. Allah qəbul etsin. Çünki yuxuma girdi. Halallıq istədi. Amma ondan əvvəl artıq onu bağışlamışdım. Böyük Allah bağışlayandır, biz isə onun bəndələriyik".

Qeyd edək ki, mərhum İlhamə Quliyeva həmkarı Nazpəri Dostəliyevanın onu efirdə parodiya etməsinə qəzəblənərək məhkəməyə vermişdi. O, iddia ərizəsində şərəf və ləyaqətinin alçaldıldığını, işgüzar nüfuzuna xələl gətirildiyini bildirmişdi. 

Rəşad Əliyev, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO