Çempionlar Liqası: Mahir Emrelinin komandası heç-heçə etdi – DİGƏR NƏTİCƏLƏR

Çempionlar Liqası: Mahir Emrelinin komandası heç-heçə etdi – DİGƏR NƏTİCƏLƏR

Hazırda oxunan: Çempionlar Liqası: Mahir Emrelinin komandası heç-heçə etdi – DİGƏR NƏTİCƏLƏR

84542

UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə start verilib. 

Bizim.Media xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma keçirilib.

"Qarabağ" Bakıda İsveçrə "Sürix"ini 3:2 hesabı ilə məğlub edib. Ermənistan "Pünik"i evdə Lüksemburq "Düdelanj"ına uduzub.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb "Dinamo"su Xorvatiyada Şimali Makedoniyanın "Şkupi" kollektivi ilə bacarmayıb - 2:2. 25 yaşlı forvard zədədən sonra bərpa prosesi keçdiyi üçün bu qarşılaşmada iştirak etməyib.

"Lüdoqorets" Bolqarıstanda İrlandiya "Şemrok Rovers"inə böyük hesabla qalib gəlib. "Midtüllann" Danimarkada Kiprin AEK (Larnaka) komandasının müqavimətini qıra bilməyib. Norveç "Budyo Qlimt"i isə Şimali İrlandiyada "Linfild"ə məğlub olub.

UEFA Çempionlar Liqası, III təsnifat mərhələsi

İlk oyunlar

20:00. "Qarabağ" (Azərbaycan) - "Sürix" (İsveçrə) - 3:2

Qollar: Kadi Borges, 17. İbrahima Vadji, 36; 66 - Lindrit Kamberi, 65

20:00. "Pünik" (Ermənistan) - "Düdelanj" (Lüksemburq) - 0:1

Qol: Samir Haci, 72 (penalti)

20:00. "Jalgiris" (Litva) - "Malmö" (İsveç) - 1:0

Qol: Fabyen Ureqa, 49

21:45. "Lüdoqorets" (Bolqarıstan) - "Şemrok Rovers" (İrlandiya) - 3:0

Qollar: Pyeros Sotiriu, 26; 35. İqor Tyaqo, 90+4

21:45. "Midtüllann" (Danimarka) - AEK (Larnaka, Kipr) - 1:1

Qollar: Erik Svyatçenko, 84 - Adam Dyurço, 81

22:45. "Linfild" (Şimali İrlandiya) - "Budyo Qlimt" (Norveç) - 1:0

Qol: Kirk Millar, 83

23:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Şkupi" (Şimali Makedoniya) - 2:2

Qollar: Ariyan Ademi, 44. Bruno Petkoviç, 86 - Putita, 25. Renaldo Sefas, 89

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO