“Azərbaycan HİMARS-ın analoqunu alır, ermənilər isə İsa peyğəmbərin heykəlini ucaldır” – Livanlı erməni analitik

“Azərbaycan HİMARS-ın analoqunu alır, ermənilər isə İsa peyğəmbərin heykəlini ucaldır” – Livanlı erməni analitik

Hazırda oxunan: “Azərbaycan HİMARS-ın analoqunu alır, ermənilər isə İsa peyğəmbərin heykəlini ucaldır” – Livanlı erməni analitik

84462

Livanlı analitik, erməni ictimai xadim Yeqiya Taşçyan bəyan edib ki, erməni xalqı kilsə xadimləri, oliqarxlar və səriştəsiz siyasətçilərin əsarətindədir.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın Telegram kanalları yazır.

“Amerikanın MLRS HIMARS-ın türk analoqu Azərbaycan ordusu tərəfindən alınıb.

Bunlar GPS/INS sistemləri (150 km) ilə təchiz edilən, maksimum 120 km uçuş məsafəsinə malik olan “TRG 300 Kasirga”dır (Türkiyənin Rokestan hərbi şirkəti tərəfindən istehsal olunur).

Ermənistan indiki məğlubiyyət yolunda davam edərsə, Bakının yeni silahlar alması, ordusunu modernləşdirməsi və Türkiyənin hərbi sisteminə inteqrasiyası ilə yanaşı, nəzəri cəhətdən belə Azərbaycanla gələcək toqquşma şansı olmayacaq.
Bu arada ermənilər İsa peyğəmbərin nəhəng heykəlini ucaldırlar. Millətimiz bəzi kilsə rəhbərlərinin, oliqarxların, səriştəsiz siyasətçilərin ruhi əsarətinə çevrilib. Amma onlar klaviatura döyüşləri və qədim şöhrət haqqında nostalji xəyallar üzrə mütəxəssisdirlər...”, – erməni əsilli livanlı ekspert qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO