Rusiyalı politoloq jurnalist Maksim Şevçenko yanvarın 11-də Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Moskvada keçirilən üçtərəfli görüşündən danışıb.
Bizim.Media xəbər verir ki, o, görüş haqqında fikirlərini rəsmi “Youtube” səhifəsində izləyiciləri ilə bölüşüb.
MÖVZU İLƏ BAĞLI:
Maksim Şevçenko: Ruslar heç Rusiyada belə yaşamırlar - VİDEO
“Moskvada keçirilən görüşü Qarabağ münaqişəsinin həlli kimi şərh etmək mümkün deyil. Çünki belə münaqişə artıq yoxdur, düzdür, məsələ de-fakto həll olunub. Münaqişənin həlli haqqında hər iki tərəfin mülahizələri tam fərqlidir. İlham Əliyev mətbuata açıqlamasında Qarabağ münaqişəsi keçmişdə qaldı açıqlayarkən, Nikol Paşinyan Qarabağın statusunun tezliklə müzakirəyə çıxarılmasını tələb edir”.
Şevçenko müharibə zamanı müəmmalı formada Rusiya helikopterinin qəzasında və Rusiyanın Qarabağ münaqişəsində oynadığı rolu haqqında da danışıb.
“Əgər müəmmalı helikopter qəzası baş verməsəydi, Rusiya bu münaqişəyə müdaxilə etməyəcəkdi. Gedən proseslərdən də göründüyü kimi Azərbaycan hərbi yolla bütün Qarabağı azad edib, Ermənistan sərhədlərinə qədər irəliləyəcəkdi”.
Politoloq üçtərəfli görüş zamanı müzakirə olunan dəmir yolunun inşasından və bu tranzit yolun əhəmiyyətini də şərh edib.
''Görüşdə İlham Əliyev aydın şəkildə Azrbaycandan Naxçıvana çəkiləcək dəmir yolu haqqında danışdı. Bu, onsuz da 10 noyabrda imzalanan bəyanatda öz əksini tapmışdı. Bundan başqa İlham Əliyev bəyanatda olmayan bir təklif də irəli sürdü. O, gələcəkdə Ermənistana Azərbaycandan keçən dəmir yolunun inşasının mümkünlüyü bildirib. Bu da Ermənistanın Rusiyaya və İrana rahatlıqla yük daşımağına şərait yarada bilər. Bunun Azərbaycan və Rusiya üçün də əlverişli tərəfi var''.
''Hər iki ölkənin birbaşa Türkiyəyə dəmir yolu vasitəsilə çıxışı olacaq. Bu Avrasiya da bütün nəqliyyat yollarında böyük dəyişikliklər yaradacaq. Lakin burada da çox ehtiyatlı olmaq lazımdır. Çünki mütləq şəkildə bu işi pozmaq istəyən qüvvələr olacaq. Birincisi, bu müəyyən dərəcədə Çindən Avropa Birliyinə gedən tranzit dəhlizi Çin ipək yolunu bağlayır. Avropa Birliyi bu barədə Çinlə ticari müqavilə imzalayıb''.
M.Şevçenko dəmir yolunun inşasından sonra Ermənistanla sıx əməkdaşlıq edən Gürcüstanın da payından danışıb.
“Bu nəqliyyat yolu açılandan sonra indiyə qədər Ermənistanın bütün yüklərinin ərazisindən keçdiyi Gürcüstanın rolu nə olacaq? Görüşdə danışılan dəmir yolu inşa edildikdən sonra Ermənistanla iqtisadi və nəqliyyat yolu ilə əməkdaşlıq edən Gürcüstanın rolu kəskin zəifləyəcək”.
Daha ətraflı təqdim etdiyimiz videogörüntüdə izləyə bilərsiniz:
Vüsalə Balayeva, Bizim.Media