“Avropa İttifaqının imzaladığı memorandum bölgədə sülh olmasını şərtləndirir” - EKSPERT 

“Avropa İttifaqının imzaladığı memorandum bölgədə sülh olmasını şərtləndirir” - EKSPERT 

Hazırda oxunan: “Avropa İttifaqının imzaladığı memorandum bölgədə sülh olmasını şərtləndirir” - EKSPERT 

84292

Bu gün Avropa Komissiyasının (AK) Prezidenti Ursula fon der Lyayen və Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Kadri Simson Bakıya səfər edəcəklər. Səfər çərçivəsində Aİ ilə Azərbaycan arasında enerji sahəsində memorandumun imzalanması da gözlənilir. 

Ursula fon der Lyayenin Bakıya səfərini Bizim.Media-ya şərh edən ekspert Natiq Cəfərli düşünür ki, bu fonda imzalanacaq memorandum Cənubi Qafqazda sülhün yaranmasına mühüm töhfə verəcək:

“İmzalanması gözlənilən həmin memorandum Azərbaycanı Aİ-nin strateji tərəfdaşlarından birinə çevirəcək. İkincisi, Bakının geosiyasi və coğrafi önəmini artıracaq. Bu tip böyük enerji layihələri bölgəmizin qorunuqluğunu da artıracaq. Cənubi Qafqazın sülh və əmin-amanlıq bölgəsinə çevrilməsinə şərait yaradacaq.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan və Aİ arasında Memorandum imzalandı - VİDEO


Bu da bölgəyə Aİ-nin marağını qat-qat artıracaq. Ümid edirəm ki, AK Prezidenti Ursula fon der Lyayennin səfəri və enerji sahəsində imzalanacaq memorandum, ümumiyyətlə Aİ ilə danışıqların nəticəsi olaraq Azərbaycanla Ermənistan arasındakı münasibətlərin yaxın zamanlarda sülh müqaviləsinin imzalanması ilə bitməsi müqavilənin tərkib hissəsindən çıxan əsas nəticələrdən biri olacaq.

Belə böyük layihə imzalanırsa, həmin bölgədə sülh olmalı, münaqişə ocaqları tamamilə aradan qaldırılmalıdır. Yəqin ki, Aİ ilə əldə ediləcək həmin müqavilənin bu məsələdə də önəmi olacaq”.

Həmsöhbətimizin fikrincə, sözügedən memorandum Azərbaycana yeni investisiyaların cəlb olunmasına da şərait yaradacaq:

“Bəzi yataqların yenidən işlənməsi üçün investisiyalara ehtiyac var. Memorandum imzalanandan sonra ölkəmizə yəqin ki, yeni investorlar da cəlb olunacaq”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO