Bodruma istirahətə gedən Tünzalə:

Bodruma istirahətə gedən Tünzalə: "Qızımla bir qışda, bir də ki, yayda görüşürəm" - VİDEO

Hazırda oxunan: Bodruma istirahətə gedən Tünzalə: "Qızımla bir qışda, bir də ki, yayda görüşürəm" - VİDEO

84069

"Qızım Fidan təhsili ilə bağlı təcrübəsini Türkiyədə davam etdirmək istəyir. O, bu il "Bahçeşehir" universitetinin qrafik-dizayner fakültəsinin məzunu oldu".

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Tünzalə Ağayeva qonaq olduğu "Zaurla Günaydın" səhər şousunun mövsümün son buraxılışında deyib.

Sənətçi verilişdə qızı Fidandan söz açıb.

"Qızım təhsili ilə bağlı Türkiyədə yaşayır. Onunla bir qışda, bir də ki, yayda görüşürəm. 20 gündən sonra qızımla Bodrumda görüşəcəyəm. Gələn ay Bodruma tətilə yollanacağam".

Rəşad Əliyev, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO