Avtoxuliqanlıq edərək yarış təşkil edənlər həbs edildi - FOTO

Avtoxuliqanlıq edərək yarış təşkil edənlər həbs edildi - FOTO

Hazırda oxunan: Avtoxuliqanlıq edərək yarış təşkil edənlər həbs edildi - FOTO

83836

Sumqayıt şəhərində yol hərəkətini davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının həyatına real təhlükə yaradan və avtoxuliqanlıq hərəkətləri edən sürücülər saxlanılıblar. 

Bu barədə Bizim.Media-ya DİN-in mətbuat xidmətindən məlumat verilib.  

Bildirilir ki, Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində həmin sürücülər - İsmayıl Musabəyli və Azər Kərimov müəyyən edilərək tutulublar. 

Hər iki sürücü şəhər ərazisində avtoxuliqanlıq edərək idarə etdikləri nəqliyyat vasitələri ilə yarış təşkil ediblər. Onların bu kobud qayda pozuntuları və digər sürücüləri təhlükə altına qoymaları təhlükəsizlik kameraları vasitəsi ilə də görüntülənib. 

Digər sürücülər, eləcə də şəhər sakinlərindən daxil olan çoxsaylı şikayətlər nəticəsində saxlanılan İsmayıl Musabəyli, həmçinin Azər Kərimov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib. 
Məhkəmənin qərarı ilə hər iki şəxs sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 30 gün inzibati qaydada həbs olunublar. 

Bizim.Media

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO