Qaradağda yanğın söndürüldü – YENİLƏNİB

Qaradağda yanğın söndürüldü – YENİLƏNİB

Hazırda oxunan: Qaradağda yanğın söndürüldü – YENİLƏNİB

83498

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində qamışlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb. 

FHN-dən Bizim.Media-ya verilən məlumata görə, ilkin məlumata əsasən, təqribən 1 ha qamışlıq ərazi yanıb.

*** 11.07 

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində qamışlıq ərazidə yanğın başlayıb. 

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyində məlumat verilib.  

Bildirilir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində qamışlıq ərazidə yanğın olması barədə məlumat daxil olub. 

FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.  

Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO