Şabrandakı yanğında polis və mülki əhali arasında xəsarət alan olub? - DİN AÇIQLADI

Şabrandakı yanğında polis və mülki əhali arasında xəsarət alan olub? - DİN AÇIQLADI

Hazırda oxunan: Şabrandakı yanğında polis və mülki əhali arasında xəsarət alan olub? - DİN AÇIQLADI

83273

Şabranda baş verən yanğının qarşısının alınmasında polislər yaxından iştirak ediblər.

DİN Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbovun Bizim.Media-ya verdiyi məlumata görə, dünən saat 17.30 radələrində Şabran rayonunun Ağalıq və Təzəkənd kəndləri arasındakı təxminən 50 hektarlıq biçilmiş taxıl sahəsində yanğın baş verib:

“Dərhal Şabran Rayon Polis Şöbəsinin şəxsi heyəti həyəcan siqnalı ilə səfərbər edilərək güclü küləyin müşayiəti ilə yanan əraziyə cəlb olunublar. Eyni zamanda Yol Patrul Xidməti Alayının əməkdaşları yanğın baş verən ərazinin yaxınlığından keçən avtomobil yollarının istiqamətini dəyişərək sürücü və sərnişinləri daha təhlükəsiz, alternativ yollara yönləndiriblər.
 

MÖVZU İLƏ BAĞLI:

Şabran yanğını ilə bağlı YENİ MƏLUMAT: 70 faiz söndürülüb - FOTO/VİDEO


Havanın isti və küləkli, ərazinin isə böyük olması yanğının qarşısını almaqda çətinlik yaradıb. Odur ki, yanğınla mübarizəyə ətraf rayonların – Xaçmaz, Xızı, Quba, Qusar və Siyəzən Polis şöbələrinin də əməkdaşları cəlb olunublar.

Yanğın təhlükəsi ilə üz-üzə qalan fərdi evlər və iaşə obyektləri polis əməkdaşları və kənd sakinlərinin birgə tədbirləri ilə yanğından mühafizə olunub.

Polis əməkdaşları və mülki əhali arasında xəsarət alan olmayıb”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO