Ucarda avtomobil qəzası: Bir ailənin 3 üzvü xəsarət aldı

Ucarda avtomobil qəzası: Bir ailənin 3 üzvü xəsarət aldı

Hazırda oxunan: Ucarda avtomobil qəzası: Bir ailənin 3 üzvü xəsarət aldı

83199

Ucarda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə bu gün Bakı-Qazax magistral yolunun Ucar rayonunun Qaracallı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, 71 yaşlı Rza Ələkbər oğlu Ələkbərovun idarə etdiyi "Toyota Prado" markalı minik avtomobili yoldan çıxaraq su arxına aşıb.

Nəticədə Bakı şəhər sakinləri, 65 yaşlı Salatın Yaqub qızı Qurbanova, nəvələri - 12 yaşlı Ayan Tural qızı Ələkbərli və 8 yaşlı Mədinə Tural qızı Ələkbərli aldıqları müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO