Azad edilmiş ərazidəki hərbi hissədə BAYRAM TƏDBİRİ

Azad edilmiş ərazidəki hərbi hissədə BAYRAM TƏDBİRİ

Hazırda oxunan: Azad edilmiş ərazidəki hərbi hissədə BAYRAM TƏDBİRİ

83126

Ağdamın işğaldan azad edilmiş ərazisində xidmət aparan N saylı hərbi hissənin yaranmasından 29 il ötür.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu münasibətlə hərbi hissədə bayram tədbiri təşkil edilib.

Hərbi hissənin şəhid döyüşçülərinin ailələri, qazilər və şəxsi heyətin iştirak etdiyi mərasim əsgərlərin böyük coşqusuna səbəb olub.

Hərbi hissənin komandiri olmuş şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Əlizadə şəxsi heyyət qarşısında çıxış edərək hərbi hissənin xidmət illərindən söhbət açıb. Həmçinin, bütün mərasim iştirakçılarını bayram münasibəti ilə təbrik edib.

Digər çıxış edənlər Vətən müharibəsi dönəmində hərbi hissənin döyüş yolundan geniş söhbət açaraq, hərbçilərə gələcək xidmətlərində uğurlar arzulayiblar.

Sonda hərbi hissəyə xatirə hədiyyələri təqdim edilib. Əsgərlərə bayram sovqatı paylanıb. 
Mərasim yerli incəsənət nümayəndələrinin ifasında bayram konserti ilə davam etdirilib.

Elgün Gəncimsoy, Bizim.Media - Qarabağ Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO