Azərbaycanın qaz ixracı 15% artdı

Azərbaycanın qaz ixracı 15% artdı

Hazırda oxunan: Azərbaycanın qaz ixracı 15% artdı

83078

6 ay ərzində ölkədə 23,4 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 6,9 milyard kubmetri AÇG-dən, 12,6 milyard kubmetri “Şahdəniz”dən, 3,9 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 15,1 faiz, yəni 3,1 milyard kubmetr artımla qaz hasil edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumatında qeyd olunub. 

Məlumata görə, hesabat dövründə xaricə qaz satışı 11,2 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,7 faiz çoxdur.
Cari ilin yanvar-iyun aylarında Türkiyəyə 4,3 milyard kubmetr, Avropaya 5,4 milyard kubmetr, Gürcüstana isə 1,5 milyard kubmetr qaz satılıb. Bu dövrdə BTC boru kəməri sisteminə 55 milyon kubmetr qaz verilib.

Qeyd edək ki, bu müddətdə Türkiyəyə TANAP-la 2,9 milyard kubmetrə yaxın qaz nəql olunub.  

Yataqlar istismara veriləndən cari ilin 01 iyul tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 197 milyard kubmetrə yaxın, “Şahdəniz”dən isə 170 milyard kubmetrdən çox qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 116 milyard kubmetrdən çox həcmi ixraca nəql edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO