DTX-dən erməni revanşistlərə XƏBƏRDARLIQ - FOTO

DTX-dən erməni revanşistlərə XƏBƏRDARLIQ - FOTO

Hazırda oxunan: DTX-dən erməni revanşistlərə XƏBƏRDARLIQ - FOTO

82958

"Ermənistanın revanş cəhdlərinin qarşısı qətiyyətlə alınacaq".

Bizim.Media xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev DTX-nin Heydər Əliyev adına Akademiyasında məzunların növbəti buraxılışına həsr olunan təntənəli tədbirdə çıxışı zamanı deyib. 

Çıxışında dünyada mürəkkəb geosiyasi proseslərin getdiyi, ölkələrin milli təhlükəsizliyinə təhdidlərin artdığı bir vaxtda dövlətimizdə sabitliyin və əmin-amanlığın etibarlı şəkildə təmin olunduğunu vurğulayan DTX rəisi bu istiqamətdə daim ayıq-sayıqlığın qorunub saxlanıldığını, regionda cərəyan edən hadisələrin dövlətimizin təhlükəsizliyinə təsiri baxımından diqqətlə izlənildiyini bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

DTX kritik informasiya infrastrukturu obyektlərinin reyestrini aparacaq 


Həmçinin qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müzəffər sərkərdəliyi ilə Vətən müharibəsində əldə edilən zəfərdən sonra Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində Azərbaycan tərəfindən atılan qətiyyətli addımların, dövlətimizin başçısının sülh çağırışlarının müqabilində Ermənistan tərəfinin sərgilədiyi destruktiv mövqe, danışıqların ruhuna xələl gətirən əsassız iddia və bəyanatları təəssüf doğurur, bölgənin gələcək təhlükəsizliyinə təsir edə biləcək amil kimi dəyərləndirilir.

Daha sonra tədbirdə vurğulanıb ki, Akademiyada təhsilini başa vurduqdan sonra DTX-də fəaliyyətə başlayan gənc əməkdaşlar dövlətçiliyimizin və müstəqilliyimizin keşiyində hər zaman sərvaxt durmalı, vəzifə borclarını vicdanla və layiqli şəkildə yerinə yetirməli, Ali Baş Komandan İlham Əliyevin təhlükəsizlik orqanlarının qarşısında qoyduğu tapşırıqların icrası yönümündə əzmlə çalışmalıdırlar. 

Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO