İpoteka krediti ilə ev alanlar necə aldadılır? – Ekspertdən AÇIQLAMA

İpoteka krediti ilə ev alanlar necə aldadılır? – Ekspertdən AÇIQLAMA

Hazırda oxunan: İpoteka krediti ilə ev alanlar necə aldadılır? – Ekspertdən AÇIQLAMA

82718

Son illər ipoteka yolu ilə mənzil almaq niyyətində olan vətəndaşların sayı artıb. İpoteka zəmanət fondunun son məlumatına görə, hazırda indiyədək verilən ümumi ipotekaların sayı 39 min 605 rəqəmini keçib. Ümumi kredit məbləği isə 2.2 milyard manatdan yuxarı olub. Bu onu göstərir ki, həm əhalinin ipotekaya olan marağı artır həmçinin vətəndaşlar kirayə mənzildə yaşamaqdansa, ipoteka ilə mənzil alıb aylıq ödənişi ora verməyi daha üstün hesab edirlər. 

Əmlak üzrə ekspert Ramil Qasımzadə Bizim.Media-ya mövzu ilə bağlı açıqlama verib.
 

MÖVZU İLƏ BAĞLI:

Ləğv edilən banklardan ipoteka krediti götürənlərin aqibəti necə olacaq? – QƏRAR açıqlandı  


Ekspert ipoteka kreditlərinin hansı şərtlərlə verilməsindən ətraflı şəkildə söz açıb:

“İpotekada da yanaşma iki formadadır. Kreditin verilməsi şərtlərində həm güzəştli, həm də ipoteka kreditləri var. Və ipoteka krediti 8% lə, güzəştli ipoteka krediti isə 4% lə verilir. Güzəştli ipoteka kreditləri ilə bağlı son zamanlarda məhdudiyyətlər tətbiq olunur və hamıya elə də əlçatan deyil çünki müəyyən şərtlər qoyulur. Lakin 8% ilə verilən, kommersiya krediti də adlandırılan bu ipoteka şərti əmək haqqı yüksək olanlar üçün əlçatandır. Vətəndaşlar bir məsələni də diqqətə almalıdırlar ki, sözügedən krediti alan zaman ailə üzvlərinin sayına görə, ehtiyac meyarlarını nəzərə almalıdırlar. Bu da təxminən 200 manata yaxın bir məbləğdədir.

Məsələn, 4 nəfər ailə üzvü varsa, həmin nəfərlərin ümumi gəliri ən azı 1500 manatdan yuxarı olmalıdır. Çünki bu məbləğin təxminən 800 manatı ehtiyac meyarına hesablanır. Bu halda həm vətəndaşın, həm də bankın maraqları bərabər hala gəlir. Bank bu zaman, rahatlıqla əmin ola bilir ki, hər ay ipoteka krediti ödənilə biləcək. Amma bəzən ipoteka ilə MTK-lar da ev satışını həyata keçirirlər. Bu halda çox zaman qiymətlər yüksək qiymətə başa gəlir.

Misal olaraq göstərsək, bu gün real bazar dəyəri 100.000 manat olan bir ev təxminən 20 illik verilirsə, bu alıcı üçün 2 dəfədən də artıq qiymətə başa gəlir. Amma dövlət tərəfindən verilən ipoteka kreditlərində isə bu belə deyil”.


Ən vacib məsələ, bəs vətəndaşlar ipoteka yolu ilə mənzil alarkən hansı nüanslarda diqqətli olmalıdırlar?

1. Vətəndaşlar ilk növbədə əmlakın dəyərinə diqqət etməlidirlər. Real bazar qiymətlərinə uyğun olan ev almalıdırlar. 

2. Maliyyə baxımından daha çox itkilərə yol verməmək üçün həmin mənzili qiymətləndirməlidirlər. Bunun üçün mütəxəssislərə müraciət etmək vacibdir.

3. Vətəndaşlar birmənalı şəkildə həmin əmlakın rəsmi çıxışlarının olub-olmaması haqqında məlumatlı olmalı və rəsmi sənədi(çıxarış) olan evi almalıdır. 
 

4. Həmin binadakı kommunikasiya xətlərinə- su, qaz, işıq, internet və digər vacib hesab olunan resurslara və texniki məsələlərə diqqət yetirməlidirlər.


5. Binanın mühafizə məsələsi, fövqəladə hallar zamanı binadakı ehtiyat çıxışlarının olmasına və xüsusi giriş-çıxış yerlərinin necə qorunmasına diqqət yetirmək lazımdır.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO