Ruhəngiz 12 yaş kiçik ərindən boşanmasından danışdı:

Ruhəngiz 12 yaş kiçik ərindən boşanmasından danışdı: "Ailəsi razı deyildi" – VİDEO

Hazırda oxunan: Ruhəngiz 12 yaş kiçik ərindən boşanmasından danışdı: "Ailəsi razı deyildi" – VİDEO

82221

Əməkdar artist Rühəngiz Musəvi şəxsi həyatı ilə bağlı açıqlamaları ilə adından söz etdirib. 

Bizim.Media xəbər verir ki, “Onun sirri” verilişində qonaq olan sənətçi yaşca ondan 12 yaş kiçik olan ikinci həyat yoldaşı ilə münasibətlərindən danışıb. 

“İkinci həyat yoldaşım Vahid hardansa xəbər tutub ki, birinci ərimdən ayrılmışam. Ttoya məni çağırmaq adı ilə mənə zəng vurmuşdu. Biz onunla elə tanış olmuşuq. Məndən yaşca kiçik və subay olub. Onunla evlənəndə qızım Lalənin 10 yaşı vardı.
Vahidin ailəsi bizim evliliyimizə qarşı idi, buna görə də toyumuz olmadı. Ona bu evliliyin mümkün olmadığını deyirdim. Lakin Vahid məndən əl çəkmirdi. Onu çox sevdim. O da məni gözündən buraxmırdı. Qızım Laləyə də, anama da baxırdı. Qızım deyirdi ki, kaş Vahid bizimlə bir yerdə olardı”. 

Əməkdar artist Vahidlə ayrılmasını onun işlərinin Bakıda yaxşı getməməsi ilə əlaqələndirib. “Vahid sənətimə dəyər, qiymət verirdi. O, kiçik biznes ilə məşğul idi. Beş il bir yerdə yaşadıq. Evimdə qalırdı, çox qısqanc idi. Toylara mənə buraxmaq istəmirdi.

Bir dəqiqə də olsun gözündən buraxmırdı. Bir dəfə əlimdən öpmüşdürlər, onun üstündə çox böyük mübahisəmiz olmuşdu. Sonra işləri yaxşı getdi və həyətdə ev aldı. Çox istəyirdi ki, bizim övladımız olsun. Amma mən buna qarşı idim. Deyirdim ki, bir övlad kifayyətdir.

Bir müddət keçdi onun işləri yaxşı getmədi və Vahid xaricə köçməli oldu. Onunla bərabər getməyi təklif etsə də, rədd etdim. Çünki sənətim və sevənlərim var idi. Bakını çox sevirəm, buradan köçə bilmərəm”. 

R.Musəvi Vahiddən ayrıldığının peşmançılığını çəksə də, onunla yenidən bir araya gəlmək istəmədiyini bildirib.  

“O qədər sevirdim ki, köynəklərini belə iyləyirdim. Birinci qaynanam məni çox istəyirdi. O, nəvəsini görmək üçün bizə gəlirdi.
Vahid deyirdi ki, belə baxanda mən düşmən evinə gəlirəm, amma qaynanan məni oğul kimi qarşılayırdı. Onunla ayrıldığıma görə çox peşmanam. Valeh Türkiyəyə və Rusiyaya getdi. Bir neçə dəfə zəng vurdu. Sonradan nömrələrimi dəyişdim. Bacısı deyir ki, Vahid evlənməyib, lakin evlənməməyinə inanmıram. O geri dönsə də, qəbul etmərəm, çünki qəlbim qırılıb”. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO