“Zaurun müğənnini efirdən qovması qanun pozuntusudur”- Ekspertdən ETİRAZ

“Zaurun müğənnini efirdən qovması qanun pozuntusudur”- Ekspertdən ETİRAZ

Hazırda oxunan: “Zaurun müğənnini efirdən qovması qanun pozuntusudur”- Ekspertdən ETİRAZ

81738

“Bu hərəkət həm hüquqi, həm də etik baxımdan ciddi pozuntudur. Media Qanunun 14-cü maddəsinin 1.7-ci bəndinə görə, bütün yayımçılar, o cümlədən audiovizual yayımçılar heç kimin şərəf və ləyaqətinin alçaldılmasına, işgüzar nüfuzunun ləkələnməsinə yol verilməməlidir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri media hüququ üzrə ekspert Ələsgər Əhmədoğlu aparıcı Zaur Kamalın Cənubi azərbaycanlı müğənni Afşin Azəri efirdən qovmasından danışarkən deyib.

Onun sözlərinə görə, bu xoşagəlməz hala görə təkcə aparıcı deyil, televiziya da məsuliyyət daşıyır:

MÖVZU İLƏ BAĞLI:

Zaur Cənubi Azərbaycanlı müğənnini efirdən qovdu - VİDEO


“Həmin Qanunun 39.1.3. maddəsində isə bu tələblərə riayət etmək vəzifəsi audiovizual yayımçının vəzifələri arasında göstərilir. Yəni sadəcə aparıcının məsuliyyəti yox, həm də onun efirə buraxan ARB televiziyasının məsuliyyəti vurğulanır.

Media Qanunun 47.1.5. maddəsi audiovizual media sahəsində bu Qanunun tələblərinin yerinə yetirilməsinə nəzarət etmək öhdəliyi Audiovizual Şuradadır. Bununla da məsuliyyət daşıyan qurumların çərçivəsi bitmir. Sonrakı məsuliyyət Media Agentliyinə yüklənib. Qanunun 75-ci maddəsinin 1-ci bəndinə görə, 14.1-ci maddənin tələblərinin pozulmasına görə MEDİA Agentliyinin il ərzində üç dəfə xəbərdarlığından sonra həmin pozuntuları yayımçı təkrar törətdikdə, Media Reyestrindən çıxarılır”.

Ekspert qeyd edib ki, jurnalistlər peşə davranışlarına əməl etməli, müsahibinin şərəf və ləqayətini alçaltmamalıdır:

“Məsələnin etik tərəfinə gəldikdə, Mətbuat Şurasının 2003-cü ildə qəbul etdiyi Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının 3.1 maddəsi jurnalistə adamları yaşadığı və ya anadan olduğu yerinə görə pisləməməli, onlar haqqında bu qəbildən olan bilgiləri qabartmamalıdır. Halbuki, efirdə aparıcının məhz etikadan kənar hərəkət və danışıqları bu konteksdə başlayıb.

Peşə Davranışı Qaydalarının 3.2. maddəsində isə etik tələb budur ki, jurnalist görüşdüyü, haqqında yazdığı hər bir şəxsin şərəf və ləyaqətinə, şəxsi həyatının toxunulmazlığı prinsipinə hörmətlə yanaşmalıdır”, - deyə Ə.Əhmədoğlu deyib.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO