AQTA qurbanlıq heyvanla bağlı vətəndaşlara ÇAĞIRIŞ etdi

AQTA qurbanlıq heyvanla bağlı vətəndaşlara ÇAĞIRIŞ etdi

Hazırda oxunan: AQTA qurbanlıq heyvanla bağlı vətəndaşlara ÇAĞIRIŞ etdi

81496

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) vətəndaşları və bu sahədə fəaliyyət göstərən şəxsləri heyvan kəsimini müvafiq qanunvericiliyin tələblərinə uyğun həyata keçirməyə çağırıb.

Bizim.Media-ya açıqlamasında AQTA-nın mətbuat katibi Aysel Fərziyeva bildirib ki, Qurban bayramı günlərində əhalinin təhlükəsiz ətlə təmin edilməsi məqsədilə heyvan kəsimi və satışının yalnız aidiyyəti dövlət orqanlarının müəyyən etdiyi yerlərdə həyata keçirilməlidir:
 

MÖVZU İLƏ BAĞLI:

Qurbanlıq heyvanlar bu ünvanlarda satılacaq - SİYAHI


“Baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, o cümlədən küçə, yol kənarı, digər ictimai yerlərdə heyvan kəsimi və satışı, həmçinin baytarlıq şəhadətnaməsi olmadan iri və xırdabuynuzlu heyvanların daşınması yolverilməzdir.

Vətəndaşlar qurbanlıq heyvanları əvvəlcədən müəyyənləşdirilmiş heyvan satışı məntəqələrindən, qurbanlıq heyvan cəmdəklərini isə bayramdan əvvəl Agentliyin rəsmi saytında ünvanları qeyd olunan satış şəbəkələrindən sifariş verməklə əldə edə bilərlər”. 

Aysel Fərziyeva onu da əlavə edib ki, bayram günlərində satış üçün nəzərdə tutulan heyvanların sağlamlığı şübhə doğurduqda, eyni zamanda qanunvericiliyin tələblərinə məhəl qoyulmadan küçə və yol kənarlarında antisanitar şəraitdə heyvan satışına rast gələn vətəndaşlar Agentliyin “1003 − Çağrı Mərkəzi”nə müraciət etsinlər. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO