Rusiya iqtisadiyyatı defolt olub – 1918-dən bəri İLK 

Rusiya iqtisadiyyatı defolt olub – 1918-dən bəri İLK 

Hazırda oxunan: Rusiya iqtisadiyyatı defolt olub – 1918-dən bəri İLK 

81126

Rusiya iyunun 27-də dövlət borcu öhdəlikləri üzrə defolt edib. 

Bizim.Media xəbər verir ki, bu barədə “Bloomberg“ agentliyi məlumat yayıb.

Bildirilib ki, dövlət istiqrazları üzrə vaxtı keçmiş ödənişlərin 100 milyon dollarının ödənilməsi ilə bağlı güzəşt müddəti bazar ertəsinə keçən gecə başa çatıb. 

Agentliyin fikrincə, Rusiya özünü defolt elan edəcək. 

Məlumatda qeyd olunur ki, hazırda olan vəziyyət simvolik xarakter daşıyır. Çünki Rusiya Federasiyası borcu ödəmək istəyir, lakin Qərbin tətbiq etdiyi sanksiyalar bu imkanı məhdudlaşdırır. 
Loomis Sayles & Company LP-nin baş analitiki Hassan Malik məsələ ilə bağlı açıqlama verib:

“Bu, çox nadir haldır ki, əlavə imkanları olan hökumət xarici hökumət tərəfindən defolta məcbur edilir. Bu, tarixin ən defoltlarından biri olacaq." 

Qeyd edilib ki, 1918-ci ildən bəri ilk dəfədir ki, belə hal müşahidə olunur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO