Aqil Abbasdan Xeyrəddin Qocaya CAVAB: “Ona vaxtilə böyük vəzifə təklif etdilər, amma...\

Aqil Abbasdan Xeyrəddin Qocaya CAVAB: “Ona vaxtilə böyük vəzifə təklif etdilər, amma...\"

Hazırda oxunan: Aqil Abbasdan Xeyrəddin Qocaya CAVAB: “Ona vaxtilə böyük vəzifə təklif etdilər, amma...\"

80910

“Mən Xeyrəddinin deputat olanda restoranı olması ilə bağlı heç nə deməmişəm”.

Bu sözləri Bizim.Media-ya verdiyi açıqlamada son günlər yazıçı Xeyrəddin Qoca ilə aralarında yaranmış söz-söhbətə münasibət bildirən millət vəkili, yazıçı Aqil Abbas səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

“Deputatların çoxu restoran biznesi ilə məşğul olur” – Xeyrəddin Qocadan SƏRT İTTİHAMLAR 


Aqil Abbas bundan əvvəl heç vaxt Xeyrəddin Qoca ilə aralarında aqressiya yaşanmadığını, hətta çox yaxın dost olduqlarını deyib: 

“Xeyrəddini uzun müddətdir tanıyıram. Əvvəllər onunla aramızda heç bir problem olmayıb. Yumorist, satirik, eyni zamanda sarkazmla danışan bir insandır. Mənim də, çox yaxın dostumdur”. 

Aqil Abbas həmçinin qeyd edib ki, deputatların restoranı olması ilə bağlı mübahisəli heç nə yoxdur: 

“Burda mübahisəli bir şey yoxdur. Ola bilər ki, restoranı olan deputatlar var və Xeyrəddin bu barədə məlumatlıdır, amma mən onları tanımıram”. 

Aqil Abbas onu da vurğulayıb ki, yazıçı həmkarı Xeyrəddin Qocanın deputat olarkən restoranı olması ilə bağlı heç nə deməyib: 

“Mən Xeyrəddinin deputat olanda restoranı olması ilə bağlı heç nə deməmişəm. Sadəcə demişəm ki, Xeyrəddin də vaxtilə deputat olub. Bilirəm ki, Xeyrəddin dürüst, vicdanlı və maaşla dolanan insan olub. Ona görə də onun əlavə gəlir gətirəcək heç bir biznesi yoxdur. Vaxtilə ona yaxşı qazanclı çox böyük vəzifə də təklif etdilər, amma o işləmək istəmədi”. 

Aqil Abbas aralarında virtual şəkildə yaradılan anlaşılmazlıqlardan sonra Xeyrəddin Qoca ilə bir araya gəlmədiklərini qeyd edib. 

“Xeyrəddin Qoca çox sevdiyim və tez-tez görüşdüyüm bir insandır, amma aramızda sosia şəbəkələr vasitəsilə yaranan son söz-söhbətdən sonra onunla hələ görüşməmişik. İnanmıram ki, son olanlara və sosial şəbəkələrdə yazılanlara görə Xeyrəddin məndən incisin”. 

Qeyd edək ki, yazıçı Xeyrəddin Qocanın Bizim.Media-ya deputatların restoranı olması ilə bağlı verdiyi açıqlamasından sonra sosial şəbəkələrdə və mediada deputat Aqil Abbasın və Xeyrəddin Qocanın deputatların restoran biznesinin olub -olmaması ilə bağlı bir-birinə zidd fikirləri yer almağa başladı.  

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO