UEFA Region Kubokunun oyunları başlayır

UEFA Region Kubokunun oyunları başlayır

Hazırda oxunan: UEFA Region Kubokunun oyunları başlayır

80409

İyunun 23-də Bakıda UEFA Region Kubokunun 2022/2023-cü illər mövsümünün ilkin mərhələsinin oyunlarına start veriləcək. 

Bizim.Media xəbər verir ki, Azərbaycanı bu turnirdə Region Liqasının 2021/2022-ci illər mövsümünün qalibi “Cəbrayıl” komandası təmsil edəcək. 

"Cəbrayıl" ilkin mərəhələnin 2-ci qrupunda Belarus təmsilçisi “Kolos” komandası ilə Şamaxıda qarşılaşacaq. 

İlkin mərhələnin 1-ci qrupunda isə Gürcüstanın “Basiani”, Qazaxıstanın “Kaskelen” və Estoniyanın “Tallinna Zapoos” komandaları mübarizə aparacaq. Onlar Bakıdakı "ASK Arena"da çıxış edəcəklər. 23 - 29 iyun tarixlərində keçiriləcək UEFA Region kubokunun ilkin mərhələ oyunlarının təqvimini nəzərinizə çatdırırıq: 

I qrup 

“Basiani” - “Tallinna Zapoos” 

23 iyun. ASK Arena 

“Tallinna Zapoos” - “Kaskelen” 

25 iyun. ASK Arena 

“Kaskelen” - “Basiani” 

27 iyun. ASK Arena 

II qrup 

“Kolos” - “Cəbrayıl” 

24 iyun. Şamaxı şəhər stadionu 

“Cəbrayıl” - “Kolos” 

26 iyun. Şamaxı şəhər stadionu 

FİNAL. 

I qrupun qalibi – II qrupun qalibi 

29 iyun. Şamaxı şəhər stadionu 

Qeyd edək ki, bütün oyunlar saat 16:00-da başlayacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO