Azərbaycan-Özbəkistan sənədləri imzalandı - YENİLƏNİB - VİDEO

Azərbaycan-Özbəkistan sənədləri imzalandı - YENİLƏNİB - VİDEO

Hazırda oxunan: Azərbaycan-Özbəkistan sənədləri imzalandı - YENİLƏNİB - VİDEO

80295

İyunun 21-də Daşkənddə geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması mərasimi olub.

Bizim.Media xəbər verir ki, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə”ni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev imzaladılar.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış etdilər


“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Özbəkistan Respublikasının Məşğulluq və Əmək Münasibətləri Nazirliyi arasında Anlaşma Memorandumu”nu Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Özbəkistanın məşğulluq və əmək münasibətləri naziri Nozim Xusanov imzaladılar.

“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyi arasında Anlaşma Memorandumu”nu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Özbəkistanın innovativ inkişaf naziri İbroxim Abduraxmonov imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov və Özbəkistanın Karantin Və Bitkilərin Mühafizəsi Agentliyinin baş direktoru İbrahim İrqaşev imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqinda Saziş”i Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistanın ədliyyə naziri Ruslanbek Davletov imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş”i Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Özbəkistanın nəqliyyat naziri İlxam Maxkamov imzaladılar.
“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında Saziş”i və “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın müdafiə naziri Zakir Həsənov və Özbəkistanın müdafiə naziri Baxodir Kurbanov imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş”i və “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Özbəkistan Respublikasının Xarici İşlər Nazirliyi arasında 2022-2024-ci illər üzrə əməkdaşlıq Proqramı”nı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistanın xarici işlər nazirinin vəzifələrini icra edən Vladimir Norov imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında sənaye sahəsində əməkdaşlıq haqqında Saziş”i və “Azərbaycan Respublikası Hökuməti və Özbəkistan Respublikası Hökuməti arasında regionlararası əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistanın Baş nazirinin müavini, investisiyalar və xarici ticarət naziri Sardor Umurzakov imzaladılar.

***

İyunun 21-də Daşkənddə geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması mərasimi olub. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO