“Buta Airways” daha bir aviareysi bərpa edir

“Buta Airways” daha bir aviareysi bərpa edir

Hazırda oxunan: “Buta Airways” daha bir aviareysi bərpa edir

80281

“Buta Airways” aşağıbüdcəli aviaşirkəti iyul ayında Bakıdan Moskva ətrafı “Jukovski” hava limanına uçuşları bərpa edir.

“Buta Airways” aviaşirkətinin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, 1 iyul tarixindən etibarən bu istiqamətə və geriyə uçuşlar həftədə iki dəfə – cümə və bazar günləri həyata keçiriləcək.

Qeyd edək ki, “Buta Airways” aviaşirkətinin Bakıdan Rusiyanın şəhərlərinə bərpa olunmuş uçuşlarının siyahısına Həştərxan (cümə axşamı və bazar günləri), Mineralnıye Vodı (çərşənbə axşamı və bazar günləri), Kazan (çərşənbə və şənbə günləri) və Ufa (cümə axşamı və bazar günləri) şəhərləri daxildir.
“Buta Airways” aviaşirkətinin Rusiyaya planlaşdırılan bütün reyslərinə biletlər aviadaşıyıcının akkreditə olunmuş agentliklərində, həmçinin aviaşirkətin rəsmi www.butaairways.az saytında satışdadır.

Rusiyaya səyahət etməyi planlaşdıran bütün sərnişinlərə uçuşdan əvvəl, bu ölkəyə daxil olarkən qüvvədə olan qayda və məhdudiyyətlərlə tanış olmaq tövsiyə olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO