Azərbaycan Xalq artistinin arvadı Nyu-Yorkdakı lüks mənzilini itirdi - FOTO 

Azərbaycan Xalq artistinin arvadı Nyu-Yorkdakı lüks mənzilini itirdi - FOTO 

Hazırda oxunan: Azərbaycan Xalq artistinin arvadı Nyu-Yorkdakı lüks mənzilini itirdi - FOTO 

80250

Rusiyanın xalq artisti, hazırda isə Avstriyanın paytaxtında Vyanada yaşayan Anna Netrebko Nyu Yorkdakı dəbdəbəli daşınmaz əmlakını itirib.

Bizim.Media xəbər verir ki, opera divası “Instagram” hesabında Nyu-Yorkun Manhetten bölgəsində mənzilinin fotolarını paylaşdığı zaman, bu evin artıq sahibəsi olmadığını etiraf edib.

“Nyu Yorkdakı mənzil artıq yoxdur” -deyə, Anna yazıb. Sahəsi təxminən 170 kvadratmetr olan mənzili müğənni 2010-cu ildə keçmiş əri, uruqvaylı opera müğənnisi Ervin Şrottla birlikdə alıb.

Bu alış cütlüyə təxminən 3 milyon dollara başa gəlib. Mənzildə üç yataq otağı, iki mətbəx, Mərkəzi Parka və Hudzon çayına baxan panoramik pəncərələr var.

Anna əmlakını hansı şəraitdə itirdiyini dəqiqləşdirməyib, lakin müğənninin pərəstişkarları bunun anti-Rusiya sanksiyaları və ya müqavilələrin itirilməsinə dair maliyyə çətinlikləri ilə bağlı ola biləcəyini ehtimal ediblər. Ukraynada hərbi xüsusi əməliyyat başlayandan sonra Anna çətin vəziyyətə düşüb.
Belə ki, əvvəlcə sənətçinin susması onun “La Skala”, “Bavariya Operası” və “Metropolitan Operası"ndan qovulmasına səbəb olub. Sonra Netrebko buna baxmayaraq xüsusi əməliyyatı pisləyib və bunun sayəsində “La Skala”ya qayıda bilib, lakin “Nyu York Metropolitan Operası”nın direktoru Pitr Gelb onunla yenidən əməkdaşlığa hazır olmadığını söyləyib.

Opera divası Almaniyanın “Die Zeit” nəşrinə bu yaxınlarda verdiyi müsahibədə “iki stulda oturmağa çalışmağın” onun üçün nə qədər çətin olduğunu bildirib.  

Qeyd edək ki, Anna Netrebko Azərbaycanın Xalq artisti Yusif Eyvazovun həyat yoldaşıdır. Onlar 2015-ci ildə ailə qurublar. 

Rəşad Əliyev, Bizim.Media













© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO