Azərbaycan dövlət xərclərinin karbohidrogen gəlirlərindən aslılığını azaltmaq və büdcə prosesini təkmilləşdirmək üçün Dünya Bankı və İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) dəstəyi ilə həyata keçirilən Xərclərin Ortamüddətli Proqnozlaşdırılması (MTEF) proqramı çərçivəsində islahatlara başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Dünya Bankı məlumat yayıb.
Bildirilir ki, bu proqramın məqsədi dövlət xərclərinin effektivliyini və davamlılığını artırmaqla yanaşı, özəl sektorun inkişafını stimullaşdırılması üçün Azərbaycanda dövlət xərclərinin səmərəliliyini, strateji yönümlülüyünü və şəffaflığını gücləndirməkdir.
MÖVZU İLƏ BAĞLI:
Dünya Bankı Xəzərin Azərbaycan sektoru ilə bağlı xəritələr hazırladı
Dövlət xərclərinin təsirini artırmaq üçün ortamüddətli perspektivdə makroiqtisadi proqnozlaşdırmanı təkmilləşdirmək üçün daha güclü fiskal intizam, daha keyfiyyətli infrastruktur xidmətləri, qənayətli və sərfəli aktivlərin yaradılması və idarə edilməsi, strateji istiqaməti təkmilləşdirilməsi, sektorlar səviyyəsində dövlət xərclərinin effektivliyini və ümumi nəticəliyini artırılması, həmçinin büdcə şəffaflığının və hesabatlılığın artırılması lazımdır.
Bu proqram, paralel olaraq dövlət maliyyəsəni idarə edilməsinin (PFM) dörd istiqaməti üzrə işləməyə diqqət yetirir.
Report.az xəbər verir ki, dəyişikliklərin idarə edilməsinə dair beşinci komponent maraqlı tərəflərə dəyişiklik ehtiyacını başa düşməyə kömək etmək və onları hərəkətə keçməyə həvəsləndirmək üçün islahatların “necə etməli” məsələsinə diqqət yetirir:
- Makro-fiskal təməlin birinci komponenti “böyük mənzərəni” hədəfləyir və büdcə prosesində islahatların aparılması üçün enən parametrləri təyin edir. Siyasətin koordinasiyasını, büdcə planlamasını və prioritetlərin müəyyən edilməsi üçün makroiqtisadi hədəfləri qurur. Bu, dövlət maliyyəsinin davamlılığını, makroiqtisadi sabitliyi gücləndirəcək və dövlət xərclərinə daha çox strateji diqqət yetirməyə imkan verəcək.
- İkinci komponent, dövlət-özəl tərəfdaşlığı da daxil olmaqla dövlət investisiya proqramının ölkənin ehtiyaclarına uyğunlaşdırılmasını yaxşılaşdırılmasında İqtisadiyyat Nazirliyinə dəstək olmaq məqsədi daşıyır. Xüsusilə, dövlət investisiyalarının idarə edilməsində ən yaxşı təcrübəni təşviq etməyə çalışılacaq.
- Maliyyə Nazirliyinə və sahəvi nazirliklərə, MTEF ilə bağlı mövcud qanun və sərəncamların həyata keçirilməsi imkanlarını artırılmasına fokuslanaraq büdcənin tərtibi prosesinin strateji və nəticə yönümlülüyünü təkmilləşdirmək üçün dəstək vermək məqsədi daşıyır. Buna maliyyələşdirməni nəticələrlə əlaqələndirən proseslərin mərhələli şəkildə tətbiqi daxildir.
- Şəffaflıq və hesabatlılığa dair dördüncü komponent fiskal məlumatların keyfiyyətini və vaxtlılığını artıracaq. Bundan başqa, dövlət vəsaitlərinin istifadəsində hesabatlılığın təmin edilməsində mərkəzi yer tutan ölkənin Hesablama Palatasına dəstək verəcək.
- Dəyişikliklərin idarə edilməsinə dair beşinci komponent proqram üzrə düzəliş prosesini dəstəkləyəcək. Müxtəlif qurumlar arasında daha çox koordinasiya və əməkdaşlığı tələb edən islahatların həyata keçirilməsini dəyişikliklərin idarə edilməsi strategiyası müşayiət edəcək.
Bu proses tələbə əsaslanan güclü yanaşmaya malikdir. Proqram ölkə tərəfindən idarə olunur və islahat proqramları və ya ümumilikdə hökumətin büdcəsi üçün məsləhət, texniki yardım və islahat programını maliyyələşdirən beynəlxalq maliyyə agentlikləri və donorlarla əməkdaşlıqda işləyir.
Bizim.Media