İlham Əliyev Özbəkistana səfər edəcək

İlham Əliyev Özbəkistana səfər edəcək

Hazırda oxunan: İlham Əliyev Özbəkistana səfər edəcək

79685

Azərbaycan və Özbəkistanın analitik mərkəzləri “Qlobal qeyri-sabitlik şəraitində ikitərəfli əməkdaşlığın perspektivləri” adlı onlayn konfrans keçirib.

Bizim.Media xəbər verir ki, tədbir Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Özbəkistan Respublikası Prezidenti yanında Strateji və Bölgələrarası Araşdırmalar İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.

Konfransda Azərbaycan və Özbəkistan arasında münasibətlərin inkişafına töhfə verən fikir mübadiləsinin aparılması üçün dialoq meydançası qismində bu formatın zəruriliyi vurğulanıb.

Bildirilib ki, bu formatda ilk görüş ölkələr arasında diplomatik münasibətlərin qurulmasının ildönümü münasibətilə ötən ilin dekabr ayında təşkil olunub. Bu dəfə isə iki ölkənin analitik mərkəzlərinin aparıcı ekspertləri Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri ərəfəsində bir araya gəliblər. Bu səfər əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açacaq. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO