"Ermənilər Laçın dəhlizi ilə Qafandan Əsgərana gəlirlər. Biz buna razılaşmışıq, keçə bilərlər. Onda mənə də icazə versinlər ki, mən də Ağdamdan 37 kilometrlik yol ilə Şuşaya gedim”.
Bizim.Media xəbər verir ki, bu fikirləri deputat Aqil Abbas səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
“Qarabağda təcili dezinfeksiya işi aparılmalıdır” – AQİL ABBAS
''Niyə mən Şuşaya Füzulidən 105 kilometrlik yol ilə getməliyəm? Niyə mən Kəlbəcərə Murovdan getməliyəm? Gül kimi Ağdərədən Kəlbəcərə 80 kilometrlik yol var''.
''Niyə mən ordan getməli deyiləm? Sən sülhməramlısansa, məni də qoru, mən oradan gedim!”,- deyə o, etirazını bildirib.
Bizim.Media