FTB Kapitoliyə hücum edənlərin planları ilə bağlı istintaqa başladı

FTB Kapitoliyə hücum edənlərin planları ilə bağlı istintaqa başladı

Hazırda oxunan: FTB Kapitoliyə hücum edənlərin planları ilə bağlı istintaqa başladı

7933

ABŞ-ın Federal Tədqiqat Bürosu (FTB) yanvarın 6-da Konqresə hücumun bəzi iştirakçılarının parlamentariləri öldürmək və ya onları girov götürmək üçün mümkün planlarını araşdırır.

Bizim.Media xəbər verir ki, bu haqda “Washington Post” bürodakı mənbəyə istinadən yazır.

Hazırda Kapitoliyə hücum edənlərin motivləri araşdırılır.

Xüsusilə, Tramp tərəfdarlarının silahlarının olub-olmaması sual altındadır.

Hücum iştirakçılarından bəzilərinin özləri ilə qandal kimi istifadə edilən plastik bağları gətirdikləri artıq sübut edilib.

Nəşr bu günə qədər Tramp tərəfdarlarının onun siyasi rəqiblərini girov götürmək niyyətində olduğuna dair dəqiq və inkaredilməz dəlillərin olmadığını aydınlaşdırır.

Bu vaxta qədər qaydanı pozan15 şəxsə qarşı ittiham irəli sürülüb. Digər 40 nəfər isə axtarışdadır, fotoları ölkə daxilində hüquq-mühafizə orqanlarına göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO