Güləşçimiz erməninin kürəyini yerə vurdu - AVROPA ÇEMPİONU OLDU - FOTO

Güləşçimiz erməninin kürəyini yerə vurdu - AVROPA ÇEMPİONU OLDU - FOTO

Hazırda oxunan: Güləşçimiz erməninin kürəyini yerə vurdu - AVROPA ÇEMPİONU OLDU - FOTO

79285

Azərbaycanın yunan-Roma güləşçisi Fəraim Mustafayev Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-17 Avropa çempionatının qalibi olub.

Bizim.Media xəbər verir ki, güləşçimiz finalda erməni rəqibi Hayk Lyüdviqyanı vaxtından əvvəl tam üstünlüklə (13:4) məğlub edib.

Elvin İbadov isə finalda gürcüstanlı Vaxtanq Loluaya 1:4 hesabı ilə uduzaraq gümüş mükafatla kifayətlənib

Qeyd edək ki, bu gün daha iki yunan-Roma güləşçimiz finalda mübarizə aparacaq. Seymur Qasımov (65 kq) yunanıstanlı Arionas Kolitsopulos ilə, İsmayıl Rzayev (80) moldovalı Mihay Qutu ilə qızıl medal görüşünə çıxacaq.
Digər güləşçimiz Məzaim Mərdanov (110 kq) bürünc medal uğrunda moldovalı Yeqor Jekovla qarşılaşacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO