“Türkiyənin narahatlıqları müttəfiqlər tərəfindən ciddi qəbul olunmalıdır”.
Bizim.Media xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq AMNA-ya müsahibəsində bildirib.
“İsveç və Finlandiyanın alyansa üzvlüklə bağlı müraciətləri tarixi qərardır və onların üzvlüyü alyansı daha da gücləndirəcək.
Türkiyə PKK daxil olmaqla digər müttəfiqlərdən daha çox terrordan əziyyət çəkib. Beləliklə, Türkiyənin bütün müttəfiqlərin ciddi qəbul etməli olduğu əsaslı narahatlıqları var. Biz Türkiyənin narahatlığını aradan qaldırmaq, eyni zamanda, iki ölkənin üzvlüyü ilə bağlı prosesə davam etmək üçün sıx dialoqu davam etdiririk" – deyə Stoltenberq qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:23 / 14.06.2022
"Türkiyənin narahatlıqları ciddi qəbul olunmalıdır" - Stoltenberq
Hazırda oxunan: "Türkiyənin narahatlıqları ciddi qəbul olunmalıdır" - Stoltenberq
Hazırda oxunan: "Türkiyənin narahatlıqları ciddi qəbul olunmalıdır" - Stoltenberq
79203
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.