Bakıda bütün yollar açılır – Bu tarixdən  

Bakıda bütün yollar açılır – Bu tarixdən  

Hazırda oxunan: Bakıda bütün yollar açılır – Bu tarixdən  

78976

İyunun 14-ü, səhər saat 10:00-dan etibarən hərəkətin məhdudlaşdırıldığı bütün yollar tam olaraq açılacaq. 

Bu barədə Bizim.Media-ya Bakı Şəhər Halqasından məlumat verilib.  

10-12 iyun tarixlərində baş tutan 2022 Formula 1 Azərbaycan Qran Prisi ərəfəsində 6 iyun tarixindən bağlanan prospekt və küçələr çərşənbə günü səhər saatlarında tamamilə sürücülərin istifadəsinə veriləcək.

Bundan başqa, iyunun 14-dən 20-nə kimi yollarda təhlükəsizlik məqsədilə quraşdırılan beton bloklar da götürüləcək.

“Formula 1” Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı Şəhərinin Kövkəb Səfərəliyeva, Rixard Zorge, Puşkin, Bülbül, Səməd Vurğun, Teymur Elçin, Mehdi Hüseyn, Lermontov, Azərbaycan, Mikayel Useynov, Zərgərpalan, Murtuza Muxtarov, Şeyx Şamil, Afiyəddin Cəlilov, Yusif Səfərov adlı küçə və prospektlərdə avtomobillərin hərəkət istiqaməti dəyişdirilirmişdi.

Nəqliyyatın  hərəkəti  dəyişdirilmiş küçə və prospektlərdə hərəkətin bərpa olunması ilə bağlı Bakı Şəhər Halqasından Bizim.Media-nın sorğusuna cavab olaraq bildiriblər ki, iyunun 14-dən etibarən “Formula-1” yarışları ilə əlaqədar nəqliyyatın fəaliyyəti məhdudlaşdırılan bütün yollar açılacaq.
Təhlükəsizlik məqsədilə yollarda quraşdırılan beton blokların yığılmasına gəlincə isə Bakı Şəhər Halqası tərəfindən onların məhz iyunun 14-dən etibarən yollardan götürüləcəyi açıqlanılıb:

“Bununla yanaşı piyadalar üçün quraşdırılmış müvəqqəti körpülər isə iyunun 22-nə qədər aradan qaldırılacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti olaraq bu müddət ərzində bütün sakinlərə göstərdikləri anlayışa görə minnətdarlığımızı bildiririk”.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO