44 günlük Vətən Müharibəsinin 44 şəhidinin valideyni və ailə üzvü Türkiyədə oldular – FOTO

44 günlük Vətən Müharibəsinin 44 şəhidinin valideyni və ailə üzvü Türkiyədə oldular – FOTO

Hazırda oxunan: 44 günlük Vətən Müharibəsinin 44 şəhidinin valideyni və ailə üzvü Türkiyədə oldular – FOTO

78867

44 günlük Vətən Müharibəsinin 44 şəhidinin valideyni və ailə üzvü Türkiyənin İstanbul şəhərindən qayıdıb. Onlar orada şəhidlərin anım mərasimlərinə qatılıb.

Bu barədə Bizim.Media-ya qubalı Vətən Müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı,  Silahlı Qüvvələrin Xüsusi Təyinatlılarının sabiq baş giziri Mehrab Niftəliyevin atası Söhrab Niftəliyev deyib.

Onun sözlərinə görə, səfər Vətəndaşların Sosial Rifahının Gücləndirilməsinə Dəstək İctimai Birliyinin və İstanbul şəhərinin Santaqtəpə bələdiyyəsinin və qardaş ölkənin digər qurumlarının dəstəyi ilə baş tutub.

Söhrab Niftəliyev orada çıxış etdiyini, Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq əlaqələrindən danışdığını deyib.

Şəhid atası Türkiyə səfərində şəhid oğlu ilə bir daha fəxr etdiyini də vurğulayıb:

“Mehrabın şəklini görənlər oğlumu tanıdıqlarını dedilər. Tək Mehrabı deyil, bütün şəhidlərimizi yaxşı tanıyırlar”.

44 şəhid ailəsi və valideyni üçün İstanbul şəhərində tur təşkil edilib. Onlar İstanbulun görməli və gəzməli yerləri ilə tanış olublar.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO