ABŞ siyasi ekspertləri arasında fikir ayrılıqları nə ilə bağlıdır? - ÖZƏL 

ABŞ siyasi ekspertləri arasında fikir ayrılıqları nə ilə bağlıdır? - ÖZƏL 

Hazırda oxunan: ABŞ siyasi ekspertləri arasında fikir ayrılıqları nə ilə bağlıdır? - ÖZƏL 

78758

Ötən gün ABŞ-da yaşayan politoloq İrina Tsukerman ölkəsində baş verən inflyasiya ilə bağlı Bizim.Media-ya verdiyi açıqlamadan sonra bu ölkənin Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç həmkarını Birləşmiş Ştatlar hökumətini ittiham etməkdə günahkar sayıb.

Keçmiş səfirin fikrincə, ABŞ-dakı inflyasiyada ölkə rəhbərliyini suçlamaq ən azı gülüş doğurur.
 

MÖVZU İLƏ BAĞLI:

“İnflyasiyaya görə ABŞ hökuməti günahkardır” – İrina Tsukerman


Çünki bu, dünyada baş verən hadisələr fonunda cərəyan edir və Rusiyaya tətbiq olunan sanksiyalar hər hansı bir xalqa qarşı yönəlməyib:

“Əvvəla qeyd etməliyəm ki, ABŞ sanksiyaları Rusiyaya qarşı yox, Putin rejiminə tətbiq edilib və bu qərarı verməkdə ABŞ-ın mövcud siyasi rəhbərliyini haqlı hesab edirəm. Qonşu ölkəyə - Ukraynaya səbəbsiz müdaxilə etməkdə birbaşa olaraq  Putinin günahı var”.

İrina Tsukermanın fikirlərini inkar edən Kozlariç inflyasiyaya görə ABŞ hökumətini ittiham edənlər üçün söyləyib ki, mövcud rəhbərlik Putinə qarşı sanksiyalara tətbiq etməkdə doğru addım atdı və görünüən dağa bələdçi lazım deyil:

“ABŞ vətəndaşları Bayden administratsiyasının mövcud vəziyyətdə Ukraynanın ərazi bütövlüyünün bərpası naminə atdığı bütün addımları dəstəkləyir. ABŞ-da yaşayan hər kəs müstəqilliyin nə demək olduğunu yaxşı bilir və buna görə də Ukraynaya hərbi-siyasi dəstəklə bağlı insanlarda heç bir narahatçılıq yoxdur”, - deyə keçmiş səfir fikirlərini yekunlaşdırıb.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO