AÇG və “Şahdəniz”dən nə qədər neft hasil edilib? 

AÇG və “Şahdəniz”dən nə qədər neft hasil edilib? 

Hazırda oxunan: AÇG və “Şahdəniz”dən nə qədər neft hasil edilib? 

78633

Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokundan və “Şahdəniz” qaz-kondensat yatağı istismara veriləndən 01 iyun 2022-ci il tarixinədək 591,6 mln. tona yaxın neft (kondensatla birlikdə) hasil edilib. 

Energetika Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, “Azəri-Çıraq-Günəşli”dən 555,3 mln. ton neft, “Şahdəniz”dən isə 36,3 mln. ton kondensat çıxarılıb. 

""Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 2022-ci ilin 01 iyun tarixinədək 591 mln. ton neft ixraca nəql edilib", - məlumatda qeyd olunub. 

Məlumata görə, 2022-ci ilin yanvar-may aylarında Azərbaycanda 13,9 mln. ton neft (kondensatla birlikdə) hasil edilib. Respublika üzrə neft hasilatının 8,8 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,9 mln. tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 3,2 mln. ton təşkil edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO