Nərminin qaraciyər köçürülən qardaşının vəziyyəti necədir? - ÖZƏL  

Nərminin qaraciyər köçürülən qardaşının vəziyyəti necədir? - ÖZƏL  

Hazırda oxunan: Nərminin qaraciyər köçürülən qardaşının vəziyyəti necədir? - ÖZƏL  

77916

“Qardaşımın vəziyyəti dəyişkəndir. Bir gün yaxşı olur, bir gün pis”.

Bu sözləri Bizim.Media-nın əməkdaşı ilə söhbətində müğənni Nərmin Kərimbəyli deyib.

Bir neçə gün əvvəl Türkiyədə qardaşı Kamrana qaraciyərinin bir hissəsini verən və ona donor olan sənətçi səhhətindən söz açıb.

“Hələ bir ay burada olacağıq. Həm qardaşım, həm də mən həkim nazərətindəyik. Həkimlər əllərindən gələn köməkliyi əsirgəmirlər. Hələ ki hər şey normaldır. Qardaşım əməliyyatdan əvvəl özünü normal hiss edirdi. Cərrahi əməliyyatdan sonra qardaşım davamlı olaraq həkim nəzarətində olacaq. Çünki əməliyyatdan sonra fəsadlar ola bilər.
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyədə əməliyyata girən Nərmin Kərimbəyli: “Qardaşıma qara ciyərimi verdim” - ÖZƏL 


Qardaşıma transplantasiya olunan qaraciyərim onun orqanizmi tərəfindən qəbul olunmaya da bilər. Belə hallar çox olur. Bu səbəbdən qardaşım xəstəxanadan çıxandan sonra ona mütləq həkim nəzarəti lazımdır. O bir müddət sonra yenidən Türkiyəyə gələcək. Ümumiyyətlə, uzun zaman hələ buradakı xəstəxanaya gəlib-gedəcək. Bərpa prosesi isə bir ildən çox olacaq. Mənim də bərpa prosesim 10 gündən artıq çəkəcək”.  

Qeyd edək ki, Nərmin Kərimbəyova daha əvvəl redaksiyamıza açıqlamasında 42 yaşlı qardaşı Kamranın hepatit B virusuna yoluxduğunu açıqlamışdı.

Rəşad Əliyev, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO