Bakıda bu küçə təmir olunur - VİDEO

Bakıda bu küçə təmir olunur - VİDEO

Hazırda oxunan: Bakıda bu küçə təmir olunur - VİDEO

77886

2022-ci il üçün “İnvestisiya Proqramı”na uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhəri, Yasamal rayonu Ələsgər Ələkbərov küçəsində (Hüseyn Cavidin abidəsinin yanındakı meydandan 20 nömrəli məktəb istiqamətində) təmir işlərinə başlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli yayıb.

Onun sözlərinə görə, uzunluğu 860 metr, eni 10 metr olan küçədə təmir işləri aparılır.

Hazırda yeni ikiqat asfalt-beton örtüyünün döşənməsi ilə yanaşı, torpaq işləri də davam etdirilir. Səkilər bərpa edilir və yenidən qurulur, bordürlər (1200 poqon metr) quraşdırılır, imkan daxilində küçə genişləndirilir, kanalizasiya qapaqları yenilənir.

Ümumilikdə, bu il Yasamal rayonunda uzunluğu 6 km olan 5 küçədə təmir işləri həyata keçirilir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO