Lüks

Lüks "Mercedes Maybach" sürən Manaf Ağayev: "İmkanlı adam deyiləm" - VİDEO

Hazırda oxunan: Lüks "Mercedes Maybach" sürən Manaf Ağayev: "İmkanlı adam deyiləm" - VİDEO

76784

"Ağlı başında olan insan bilir ki, məndə olan avtomobillər antikvardır. Onun nə qiyməti ola bilər ki?!".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Manaf Ağayev "Şourum" maqazin verilişinə müsahibəsində deyib. 

Sənətçi müsahibəsində yarım milyonluq iddia olunan “Mercedes Maybach” markalı avtomobilindən söz açıb.

"Hazırda idarə etdiyim "Mercedes" markalı avtomobili də hamı görüb, bilir. Həmin avtomobilin qiymətini hamı şişirdir. Axı nə var orada? Bahalı avtomobil deyil. Normal qiymətədir. Mən Manafam, "06", "07" avtomobilində gəzməliyəm ki?! Düzdür, illər əvvəl mən də həmin avtomobilləri idarə etmişəm. Amma indi mən yaxşı avtomobil sürməliyəm".
Həmkarlarından fərqli olaraq M.Ağayev geyimlərə çoxlu pullar xərcləmədiyini söyləyib. 

"Mənim hələ 2000-2500 manatdan bahalı kostyumum olmayıb. Nəyə görə mən kostyuma 5000-10.000 manat pul verim? Yəni mən o qədər artırmışam ki, kostyuma o qədər pul xərcləyim? 10.000 manata 10 ədəd rəngbərəng kostyum tikdirib, onları geyinərəm. Bu, mənim düşüncəmdir".

Manaf Ağayev heç bir şəxsi biznesinin olmadığını dilə gətirib. 

"Heç bir biznesim yoxdur. Göstərin ki, Manafın 100 manat gəlir gətirən bir obyekti var. Biznesim səsimdir. Toy varsa gedirəm, yoxdursa getmirəm. Bütün nəslim mənim üstümdədir. Sıravi bir müğənniyəm. Mən kiməm ki?! Sadəcə bəzilərindən fərqli olaraq mən efir qarşısına çıxıb ağlamıram, sızlamıram. Mənim jestlərim var. Elə bu jestlərim insanları çaş-baş salır. Toya məndən ikiqat baha gedən sənətçilər var. Amma heç onların adları mənim qədər hallanmır. Mən imkanlı adam deyiləm".

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO