Məhkəmə Qazaxıstanın keçmiş mədəniyyət və idman naziri, hazırda respublikanın milli muzeyinin direktoru Arıstanbek Muxamediulini həbs edib. O, büdcə vəsaitlərinin mənimsənilməsində ittiham olunur.
Bizim.Media xəbər verir ki, bu barədə bazar günü Qazaxıstandan məlumat yayılıb.
Mayın 16-da Korrupsiyaya Qarşı Mübarizə Xidməti milli muzeyin rəhbərliyinə qarşı cinayət işi üzrə 146 milyon tenge (336 min dollardan çox) məbləğində büdcə vəsaitinin mənimsənilməsi maddəsi ilə ibtidai istintaqın aparıldığını bildirib.
“Mayın 28-də məhkəmənin sanksiyası ilə milli muzeyin direktoru Arıstanbek Muxamediuli barəsində həbs-qətimkan tədbiri seçilib”, - məlumatda deyilir.
Xatırladaq ki, Muxamediuli 2014-cü ilin avqustundan 2019-cu ilin iyununa qədər mədəniyyət və idman naziri vəzifəsində çalışıb, həmin ilin iyulunda Milli Muzeyin direktoru təyin edilib.
Bizim.Media
![Qazaxıstanın keçmiş mədəniyyət və idman naziri həbs edildi Qazaxıstanın keçmiş mədəniyyət və idman naziri həbs edildi](https://bizim.media/file/articles/2022/05/29/1653812149_photo5231054297632979196.jpg)
- A-
- A
- A+
Dünya
12:15 / 29.05.2022
Qazaxıstanın keçmiş mədəniyyət və idman naziri həbs edildi
Hazırda oxunan: Qazaxıstanın keçmiş mədəniyyət və idman naziri həbs edildi
Hazırda oxunan: Qazaxıstanın keçmiş mədəniyyət və idman naziri həbs edildi
76710
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.